"Mənə çöl qapını göstərən "Kapital bank" müdiriyyəti... Ar olsun sizə!" - Qazinin anası
Bu oğlan mənim oğlumdur. 1996-cı il doğumlu baş leytenant Qələndərli Cavad. II Qarabağ müharibəsində Suqovuşan uğrunda gedən o ağır döyüşlərdə yaralanib. 9 aydır xəstəxanalarda müalicə alır. Bədəninin 50 faizdən coxu iflicdir. Çox ağır xəstədir. Yataqdadır. Əlil arabasi ilə hərəkət edir".
Yeniavaz.com xəbər verir ki, Qazi Cavad Qələndərlinin anası Ülkər Həsənova sosial şəbəkə hesabında Vətən Müharibəsində ağır yaralanan oğlunun hər ay maaşından kredit borcu tutulduğunu bildirib:
"Sağ olsun xalqım, sıravi insanlar bizə dəstək olur. Oğlumun "Kapital bank"da kredit borcu var. 8 aydir mən bunlara yalvarıram, müraciət edirəm ki, bu borcu ödəmək iqtidarında deyilik. Xəstəyə baxmaq onun ehtiyaclarını ödəmək nə deməkdir yəqin ki, bilən var. Bank buna əhəmiyyət verməyərək hər ay avtomatik oğlumun maaşını borca çıxır. Yarımcan, yorğan döşəkdə yatan, torpaq uğrunda canını qoyan 25 yaşından əlil arabasına möhtac qalan bu vətəndaş borcunu ödəməyibmi görəsən? Mənə çöl qapını göstərən bank müdiriyyəti bu oğlanların hesabına bu gün varsınız. Ar olsun sizə".


İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir