SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Baku Electronics" vətəndaşın başına NECƏ OYUN AÇIR... - GİLEY

"Baku Electronics" vətəndaşın başına NECƏ OYUN AÇIR... - GİLEY

Tarix:

16-06-2021, 10:12

/ 430 dəfə oxundu.
"Baku Electronics" vətəndaşın başına NECƏ OYUN AÇIR... - GİLEY

 "Şikayətim "Baku Electronics"in texniki xidmətindəndir. 20 oktyabr 2020 tarixində 1 illik qarantiya ilə "Gigaset A415" ev telefonu aldım. Son 2 aydır ekranı demək olar işləmir". DİA.AZ bildirir ki, bu barədə İbrahim Kərimov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşım edib.

Narazı vətəndaş daha sonra yazır: "Ekrandakı yazıları çətinliklə görmək olur. İstifadə üçün çox narahatdır. Apardım aldığım Əhmədli filialına, ordan da texniki xidmətə yönləndirdilər. Səhəri gün cavab gədli ki, bu telefonun içinə su düşüb. Düzəlməyəcək, gəl götür. Bu gün götürəndə baxıram ekranda ümumiyyətlə görüntü yoxdu. Təmirə gətirməmişdən qabaq heç olmasa zəng edəni, menyunu, hərfləri pis(!) də olsa, görürdüm. İndi ümumiyyətlə sıfır vəziyyətindədir. Texniki xidmətdəki yaşlı əməkdaş da dedi ki, gətirəndə elə belə idi...

...Telefonu da vurdum qoltuğuma, suyu süzülə-süzülə qayıtdım. Nə bilim, bəlkə də təmir zamanı ekranın əvvəlkindən bərbad olmağı normaldı, amma istənilən halda müştəri üçün məmnuniyyətsizlikdir. Fakt o ki, təmirdən öncə telefona gələn zəngi sahibinin adını pis də olsa, oxuya bilirdim".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Şərhlər

XƏBƏR LENTİ