“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir
İşğaldan azad edilmiş ərazilərdə öz şəbəkəsini genişləndirməkdə olan “Nar” Şuşada da baza stansiyalarını işə salıb.
Bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlana biləcəklər.
Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş Xocavənd və Cəbrayılda da baza stansiyalarını quraşdırıb. Mobil operator işğaldan azd edilmiş digər ərazilərin də keyfiyyətli şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində işlərini davam etdirir. Qeyd edək ki, “Nar” Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin şəbəkə ilə əhatə olunmasına xüsusi önəm verir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir