SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacaq? - Vuqar Səfərli açıqladı

İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacaq? - Vuqar Səfərli açıqladı

Tarix:

11-05-2017, 12:49

/ 35 680 dəfə oxundu.
İkinci binada mənzillərin jurnalistlərə nə vaxt paylanacaq? - Vuqar Səfərli açıqladı

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, ikinci binanın mənzilləri jurnalsitlərə bu il 22 iyul - Milli Mətbuat günündə təqdim ediləcək.

Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.

Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.

Şərhlər

XƏBƏR LENTİ