Palata Azay Quliyevin qurumunda nöqsanlar aşkarladı - RƏQƏMLƏR
Xəbər verdiyimiz kimi, Hesablama Palatası Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında yoxlama aparıb. Hesablama Palatasının açıqladığı illik hesabatda bu barədə məlumat verilmişdir.
Yoxlama zamanı ciddi qanun pozuntularının, büdcə vəsaitlərinin düzgün xərclənməməsi, təyinata uyğun olmayan ödəmələrin olması və digər faktlar aşkarlanıb. Belə ki, yoxlama nəticəsində məlum olub ki, 2017-ci il üzrə 27 000 manat, 2018-ci il üzrə 35 min 630 manat, 2019-cu ildə 252 min 708 manat debitor borcu yaranmasına baxmayaraq büdcə hesabında faktiki xərc kassa xərci həcmində göstərilib.
Auditor tərəfindən aşkar edilmiş faktlara - nöqsan və qanunsuzluqlara QHT Şurası tərəfindən təqdim olunan cavab məktubunda verilən rəydə və digər məqamlara əsasən qeyd etmək olar ki, 2017-2019-cu illərdə dövlət vəsaitlərinin istifadəsinin, aparılan xərclər üzrə sənədləşdirmənin və hesabatlığın audit meyarı ilə müqayisəsində "əhəmiyyətli uyğunsuzluq halları mövcuddur” kimi rəy verilib.
Onu da nəzərinizə çatdıraq ki, auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədiylə Hesablama Palatasının ümumi qərarına görə QHT şurası tərəfindən artıq ödənilmiş 175 min manat vəsaitin büdcəyə bərpa olunması, 2020-ci ilin əzvvəlində 23 QHT üzrə yaranmış 252.7 min manat avans ödənişinin – debitor borcun bağlanılması və 2017-ci ildə alınmış 4 900 manat və 4 700 manat dəyərində mebel və stellajların, 3 halda alınmış 14 600 manat dəyərində uzunmüddətli aktivlərin uçota alınması istiqamətində müvafiq tədbilərin görülməsi tapşırılıb.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək