XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Bu gün, 18:28

Gürcüstanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı 133 857 nəfərdir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Gürcüstan əhalisinin 2024-cü il üzrə siyahıyaalınmasına əsasən, say baxımından qonşu ölkədə daimi yaşayış hüququna malik əcnəbilərin ilk beşliyində Rusiya, Hindistan, Ukrayna, Azərbaycan və Ermənistan vətəndaşları yer alıb.

Azərbaycan vətəndaşlarının sayı 8 309 nəfər təşkil edir ki, bu da son siyahıyaalınmanın aparıldığı 2014-cü illə müqayisədə 5 073 nəfər və yaxud 2,5 dəfə çoxdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.