Palata Azay Quliyevin qurumunda nöqsanlar aşkarladı - RƏQƏMLƏR

Palata Azay Quliyevin qurumunda nöqsanlar aşkarladı - RƏQƏMLƏR Xəbər verdiyimiz kimi, Hesablama Palatası Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında yoxlama aparıb. Hesablama Palatasının açıqladığı illik hesabatda bu barədə məlumat verilmişdir.
Yoxlama zamanı ciddi qanun pozuntularının, büdcə vəsaitlərinin düzgün xərclənməməsi, təyinata uyğun olmayan ödəmələrin olması və digər faktlar aşkarlanıb. Belə ki, yoxlama nəticəsində məlum olub ki, 2017-ci il üzrə 27 000 manat, 2018-ci il üzrə 35 min 630 manat, 2019-cu ildə 252 min 708 manat debitor borcu yaranmasına baxmayaraq büdcə hesabında faktiki xərc kassa xərci həcmində göstərilib. 
Auditor tərəfindən aşkar edilmiş faktlara - nöqsan və qanunsuzluqlara QHT Şurası tərəfindən təqdim olunan cavab məktubunda  verilən rəydə və digər məqamlara əsasən qeyd etmək olar ki, 2017-2019-cu illərdə dövlət vəsaitlərinin istifadəsinin, aparılan xərclər üzrə sənədləşdirmənin və hesabatlığın audit meyarı ilə müqayisəsində "əhəmiyyətli  uyğunsuzluq halları mövcuddur” kimi rəy verilib. 
Onu da nəzərinizə çatdıraq ki, auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədiylə Hesablama Palatasının ümumi qərarına görə QHT şurası tərəfindən artıq ödənilmiş 175 min manat vəsaitin büdcəyə bərpa olunması, 2020-ci ilin əzvvəlində 23 QHT üzrə yaranmış 252.7 min manat avans ödənişinin – debitor borcun bağlanılması və 2017-ci ildə alınmış 4 900 manat və 4 700 manat dəyərində mebel  və stellajların, 3 halda alınmış 14 600 manat dəyərində uzunmüddətli aktivlərin uçota alınması istiqamətində müvafiq tədbilərin görülməsi tapşırılıb.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.
Geri qayıt