Jurnalistlər peyvənd olunacaqlar
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək.
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, bununla bağlı kriteriyalar növbəti həftə açıqlanacaq.
"Ölkəmizdə hazırda yaşı 40-dan çox olan vətəndaşların vaksinasiyası aparılmaqdadır. Bu sırada jurnalistlərdən də vaksinasiyadan keçənlər var. Bununla belə Azərbaycan Mətbuat Şurası bu qənaətdədir ki, jurnalistika riskli sahədir və burada çalışanların orta yaşı əsasən 20-40 arası olduğundan onların tez bir zamanda “COVID-19” əleyhinə peyvəndlənməsi zəruridir. TƏBİB ilə əldə edilmiş razılıq da bu zərurətin ödənilməsi məqsədi daşıyır".
Onun sözlərinə görə, ilkin razılığa əsasən, KİV-lərdə çalışan və yaşı 18-dən yuxarı olan jurnalistlər peyvənd oluna biləcəklər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək