XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Azərbaycanda koronavirusa 2361 yeni yoluxma qeydə alınıb - 24 nəfər ölüb

Azərbaycanda koronavirusa 2361 yeni yoluxma qeydə alınıb - 24 nəfər ölüb

Azərbaycanda koronavirusa 2361 yeni yoluxma qeydə alınıb - 24 nəfər ölüb
2-04-2021, 18:49

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 266 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22 898 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 127, ötən müddət ərzində isə ümumilikdə 2 901 160 test aparılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.