Milan Hospitalda 31 mart-Soyqırımı qurbanlarının xatirəsi anılıb
Milan Hospitalda 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı video konfrans keçirildi.
Video konfransda tibb ocağının həkim kollektivi iştirak edib. Konfrans zamanı Soyqırım qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra isə Hospitalın rəhbəri Xuraman Muradova çıxış edərək bildirib ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyalarının gerçəkləşməsi yolunda atdıqları addımlar daima azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələnib. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanmışdır. Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşaraq bu torpaqların onlara aid olduqlarını təsdiqləməyə çalışırlar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.Bu müddət ərzində erməni vəhşiliklərinin nəticəsində yüz minlərlə dinc sakinlərimiz, qocalarımız, qadınlarımız, uşaqlarımız öldürülmüş, ölkəmizə yüz milyardlarla manatlıq ziyan vurulmuş, yüzlərlə kəndlərimiz, şəhərlərimiz məhv edilmişdir.Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətləri açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
Xuraman Muradova çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində torpaqlarımızın düşmən tapdağı altından azad olunduğunu qeyd edərək, üçrəngli bayrağımızın Şuşada vüqarla dalğalandığını bildirdi.
Xuraman Muradova çıxışı zamanı milliətçi-separatçı ermənilərin Dağlıq Qarabağda yürütdükləri qəsbkarlığı nəticəsində bir milyondan artıq soydaşımızın doğma ocaqlarından didərgin düşməsini, minlərlə insanın şəhid olması faktını bir daha xatırladaraq, bu qan yaddaşının unudulmaması, xalqın tarixinin dərindən öyrənilərək gələcək nəsillərə çatdırılması, şüurlara əbədi həkk olunmasının gənclərin vətənpərvərlik tərbiyəsində əsas şərt olduğunu qeyd etdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək