SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsində eyni sənədlərə ayrı yanaşma nədən qaynaqlanır?

DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsində eyni sənədlərə ayrı yanaşma nədən qaynaqlanır?

Tarix:

30-03-2021, 10:42

/ 2 154 dəfə oxundu.
DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsində eyni sənədlərə ayrı yanaşma nədən qaynaqlanır?

Abşeron  rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Əlikişiyeva Əminə Xeyrulla qızının etibarnamə üzrə təmsilçisi Zamanov Valeh Şıxbala  oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, Prezidentin hüquq işləri üzrə köməkçisi Fuad Ələsgərova, Ədliyyə naziri Fikrət Məmmədova,  İqtisadiyyat naziri Mikayıl Cabbarova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova,Maliyyə naziri  Samir Şərifova,  Əmlak Məslələri Dövlət Komitəsinin sədrin,Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, Abşeron rayon İcra Hakimiyyətinin başçısına, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə Əminə Xeyrulla qızı Əlikişiyevanın Abşeron rayonu Aşağı Güzdək Bələdiyyəsindən mənzil tikintisi üçün alqı-satqı yolu ilə aldığı 5 sot torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədin DƏDRX –nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilən eyni sənədlər üzrə  əsassız bəhanələrlə süründürməçiliyə salınması və imtina cavabı verilməsi ilə bağlı müraciət ünvnlanıb.
Aktualinfo.org vətəndaş Əlikişiyeva Əminə Xeyrulla qızının etibarnamə üzrə təmsilçisi  Valeh Zamanovun  göstərilən dövlət orqanlarına müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:
Bildiriəm ki, mən hazırda uzun müddətdir ki, Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində ailəmlə birlikdə kirayə evdə yaşayıram. Nəhayət mən qəsəbə sakini olan Əlkişiyeva Əminə Xeyrulla qızından etibarnamə əsasında Aşağı Güzdək qəsəbə Bələdiyyəsi tərəfindən 2006-cı ildə ona alqı-satqı müqaviləsi əsasında verilmiş 0.05 ha torpaq sahəsini qarşılıqlı razılaşma əsasında almışam. Lakin bu torpaq sahəsinə mülkiyyət hüququna dair mülkiyyət sənədi əldə edilməsi üçün yerli bələdiyyə sədri tərəfindən DƏDRX-nin Abşeron Ərazi İdarəsinə ünvanladığı 13 yanvar 2015-ci il tarixli rəsmi məktubuna səbəbsiz yerə bu günə qədər cavab verilməmişdir. Baxmayaraq ki, Bələdiyyə tərəfindən Ə.X.Əlkişiyevaya verilmiş torpaq sahəsi üzrə bütün sənədlər qaydasında olmuş və bunun qanuniliyi  arxiv arayışıilə də təsdiq edilmişdir.
  Mən, 2020-ci ilin sentyabr ayında yenidən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə verilmiş bələdiyyə torpağına dair hüquqi sənəd almaq üçün müraciət etdikdən 5 ay sonra çox süründürməçilikdən sonra 12 oktyabr 2020-ci il tarixli imtina məktubu aldım.
Məktubda imtinanın səbəbi aşağıdakı kimi göstərilir:
“ …torpaq sahəsi 29 mart 2006-cı ildə ayrıldığı halda alqı-satqı aktı 02 sentyabr 2015-ci ildə verildiyi və İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir.Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Yerquruluşu planının çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Ona görə imtina edilir…”
1.Lakin yerli bələdiyyənin 29 mart 2006-cı il tarixli alqı-satqı AKT-da göründüyü kimi Torpaq sahəsinin satılması barədə 29 mart 2006-ci il tarixdə Bələdiyyə qərar qəbul etmişdir. 02 sentyabr 2015-ci ildə isə 16 N-li qeydiyyata alınmışdır.  Göründüyü kimi 4 saylı Abşeron Ərazi İdarəsi imtina məktubunda qəsdən göstərir ki, guya alqı-satqı 2015-ci ildə həyata keçirilibmiş.
2. İcra Hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir səbəbinə arayış olaraq bildirik ki, 2006-cı ildə Bələdiyyənin Yerquruluşu Planından çıxarış sənədlərinə memarlıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilmirdi. Yəni bu səbəb yox əslində bəhanədir.
Onu da xatırlattmaq yerinə düşərdi ki, 2003-2007-ci illər ərzində Aşağı Güzdək və digər kənd Bələdiyyələri tərəfindən vətəndaşlara torpaq sahəsinin ayrılmasında eynilə bizə verilən sənədlər üzrə alqı-satqı həyata keçirilmiş və onların 4 saylı Abşeron ərazi İdarəsinə hüquqi sənədin əldə edilməsi üçün müraciətlərinin çoxu müsbət” həll edilmişdir. Lakin buna baxmayaraq biz kasıb adamların eyni bələdiyyə sənədərilə etdiyimiz müraciətlər isə 4 saylı Abşeron Ərazi İdarəsi rəisinin nədənsə xoşuna gəlmir və imtina məktubu yazılır. Və məktub qəsdən ünvana göndərilmir. Ona görə də əvvəlki rəislər əvvələr törətdikləri korrupsiya əməllərinə görə işdən qovulsalara da indiki rəis əvvəlki sələflərinin korrupsiya törətməsindən nəticə çıxarmamışdır.
Hesab edirik ki, hamıya olduğu kimi Aşağı Güzdək Bələdiyyəsi tərəfindən bizə də verilmiş sənədlər çox düzgün tərtib edilmişdir və yüzlərlə təqdim edilmiş və qəbul edilmiş sənədlər kimi bizim sənədlərə qarşı da qanunamüvafiq qaydada davranılmalıdır. Lakin təəssüflər olsun ki, DƏDRX-nin 4 saylı Abşeron ərazi İdarəsi rəhbərliyi eyni Bələdiyyə tərəfindən eyni qayda ilə tərtib olunaraq təqdim edilmiş sənəd sahiblərinə maddi imkanları nəzərə alınaraq cavab məktubları yazılır. Ona görə də aidiyyatı hüquq –mühafizə orqanlarından xahiş edirəm ki, bizim kimi oxşar təqdim edilmiş sənədlərə hüquqi sənəd vermiş idarə rəisinin eyni sənədlərə müxtəlif yanaşmasının səbəbləri araşdırlsın və hüquqi qiyməti verilsin.

Şərhlər

XƏBƏR LENTİ