Yasamalın su problemi niyə həllini tapmır? - ŞİKAYƏT
Bakı şəhəri, Yasamal rayonunda sakinlər ciddi su problemindən əziyyət çəkirlər. Məsələ ilə bağlı dəfələrlə "Azərsu" ASC-yə müraciət edilsə də problem həllini tapmır.
Bu barədə HİT.Az-a narazı sakinlər müraciət edib. Müraciətdə bildirilib ki, Yasamalda, Əsəd Əhmədov küçəsində su norma ilə verilir. Belə ki, səhər və axşam saatlarında 2 saat su normal şəkildə gəlir, lakin günün digər saatlarında çox zəifləyir, gecə vaxtı isə ümumiyyətlə kəsilir.
"Suyun az olması ciddi məişət problemlərinə gətirib çıxarır. Məcbur qalıb marketlərdən su alırıq. Yasamal rayon Sukanal İdarəsindən problemin həll olunacağı deyilsə də, 6-7 aydır vəziyyət dəyişməz olaraq qalır", - deyə sakinlər qeyd edir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək