SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda xəstəxana BİABIRÇILIĞI - Səhiyyə nazirliyi susur

Bakıda xəstəxana BİABIRÇILIĞI - Səhiyyə nazirliyi susur

Tarix:

10-03-2021, 12:54

/ 663 dəfə oxundu.
Bakıda xəstəxana BİABIRÇILIĞI - Səhiyyə nazirliyi susur

Xəstəxanalar axşam saatlarından sonra işləmir, saat 10-dan sonra isə açıq aptek tapmaq olmur.

Redaktor.az-a istinadən xəbər veririk ki, son günlər paytaxt sakinlərinin bu mövzuda şikayətlərinin sayı artmaqdadır. Bəs axşam saatlarında özəl xəstəxanalar niyə fəaliyyət göstərmir, xəstə qəbul etmirlər?

Paytaxtda apardığımız araşdırma göstərdi ki, vətəndaşların narazılığı haqlıdır. Həqiqətən də, axşam saatlarında Bakıda açıq xəstəxana tapmaq çətindir.

Bu problem xəstəxanalar ilə yanaşı, apteklərdə də yaşanır. Belə ki, Səbail rayonu ərazisində saat 22:00 dan sonra fəaliyyət göstərən bir aptek belə tapmaq olmur.

Məsələ ilə bağlı bir neçə dəfə Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin sualımızı cavablandıran tapılmadı. Ortaya başqa bir biabırçılıq da çıxdı: Səhiyyə Nazirliyi necə işləyirsə, nazirliyin Mətbuat xidməti də o gündədir. Mətbuat xidmətinin rəhbərinin köməkçisi var, köməkçinin də köməkçisi var. Amma heç biri yerində yoxdur...

Tibbi ekspert, professor Aqil Qeybulla hesab edir ki, Azərbaycanda tibbi xidmətin düzgün təşkili məsələsi bərbad gündədir:
"Təəssüf ki, hazırda vəziyyət bu yerdədir. Bunun üzərində Səhiyyə Nazirliyi ciddi işlər aparmalıdır. Apteklər özəl qurumlardır, Azərbaycana daxil olmuş, qeydiyyatdan keçmiş dərman nümunələrinin satışı ilə məşğul olurlar. Bunların iş rejimini özləri müəyyən edirlər, amma Səhiyyə Nazirliyi tərəfindən fəaliyyət göstərmələri üçün lisenziya verildikdə hansısa apteklərin 24 saat işləməsinə diqqət yetirilməlidir. Hər rayonda ərazi üzrə 24 saat işləyən bir neçə aptek olmalıdır.

Xəstəxana məsələsinə gəldikdə, bir neçə il bundan öncə Travmataloqiya Mərkəzi var idi, hər hansı bir problem yaşandıqda ora müraciət etmək olurdu. Təssüflər olsun ki, artıq o da yoxdur. Ölkədə hər şey təcili yardım sisteminin ümidinə qalıb".

Şərhlər

XƏBƏR LENTİ