Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir
İran İslam Respublikası son müharibədə bütün çəkdiyi əzab və itkilərə baxmayaraq zorakılığın deyil, məntiqin, müqavimətin üstün tutulması prinsipinə sadiqdir.
Bunu İranın İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təcrübə göstərdi ki, diplomatiya yalnız qarşılıqlı hörmət, bərabərlik, dövlətlərin suverenliyinin tanınması və xalq dəstəyinə əsaslandıqda davamlı və səmərəli ola bilər:
"İslamabad anlaşması da təzyiq və məcburiyyətin deyil, İran xalqının müqaviməti və qüdrətinin nəticəsi idi. Bu anlaşma göstərdi ki, dialoq yalnız qarşı tərəf öz iradəsini qədim və mədəni bir xalqa zorla qəbul etdirməkdən əl çəkdikdə və onun hüquqlarını tanıdıqda nəticə verir".
M.B.Qalibaf bəyan edib ki, İranın siyasətinin əsas məqsədi regionun təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir:
"Heç bir ölkə başqa ölkələrin təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini təmin edə bilməz. Regionun iqtisadiyyatı və inkişafı bütün region xalqlarının rifahına xidmət etməlidir".

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb