XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Şahbaz Quliyevdən xəbər var – məktub gəlib

Şahbaz Quliyevdən xəbər var – məktub gəlib

Şahbaz Quliyevdən xəbər var – məktub gəlib
4-05-2017, 17:03

Şahbazla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsindən məktub gəlib.

Bu barədə Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən soydaşımız Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

O qeyd edib ki, bu məktub da əvvəlkiləri təkrarlayır:

""Vəziyyətim yaxşıdır, məndən nigaran olmayın. Bütün qohum-əqrabaya salam deyin!." Bu sözlərdən başqa heç nə yazmayıb. Başqa heç nə yazmır. Heç şəkil də gətirməyiblər. Məktubu gətirənlərdən onların səhhətini soruşuruq. Heç bir cavab vermirlər".

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib.

Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.