Kəlbəcər girovu Şuşadan video göndərdi
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyevin yeni videogörüntüləri ailəsinə təqdim olunub.
Bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, Ş.Quliyev videoda azyaşlı qızı üçün darıxdığını deyib.
“Artıq girovlara məktub yazmırıq. Məktub ləğv olunub. Onların videosunu çəkib bizə göstərirlər. Bizdə öz görüntülərimizi onlara göndəririk. Şahbaz sonuncu dəfə vəziyyətinin normal olduğunu deyimişdi. İndi vəziyyəti bir az yaxşılaşıb. Hamıya salamı var. Dediyinə görə artıq ona işgəncə vermirlər. Şahbaz həyat yoldaşı və qızına da video göndərib. Onlar üçün çox darıxdığını deyib”.
İ.Quliyev qardaşını müalicə edən həkimlə Bakıda görüşdüyünü vurğulayıb: “Həkim bildirdi ki, Şahbaz müalicə olunub, səhhəti normaldır”.
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...