SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Evlərini “AAAF Park”dan ala bilməyən sakinlər etiraz edirlər: - “Gərək özümüzü yandıraq?”

Evlərini “AAAF Park”dan ala bilməyən sakinlər etiraz edirlər: - “Gərək özümüzü yandıraq?”

Tarix:

11-02-2021, 12:47

/ 922 dəfə oxundu.
Evlərini “AAAF Park”dan ala bilməyən sakinlər etiraz edirlər: - “Gərək özümüzü yandıraq?”

Xırdalan şəhərində yerləşən “AAAF Park” Yaşayış Kompleksindən ev almaq üçün vəsait ödəmiş bir qrup vətəndaş bu gün sözügedən yaşayış kompleksində etiraz aksiyası keçiriblər.
Yeniavaz.com xəbər verir ki, vətəndaşlar evlərin pulunu ödədikləri halda, hələ də onlara təhvil verilmədiyini bildirirlər. Abbasov Anar Aydın oğlu deyib ki, ev üçün 44 min manat ödəyib, lakin indi ona evi versələr belə təmir etdirəcək vəsaiti yoxdur:
“Camaat evsiz-eşiksiz qalıb. Burada xanımlar var ki, yoldaşı yoxdur, 2-3 uşaqla qalıb küçələrdə. 200-300 manat kirayəpulu ödəyirlər. Mən pulumu istəyirəm. Belə olmaz axı, Gərək gələk özümüzü burada yandıraq, ondan sonra?! O həddə gətirib çıxarıblar”.
Aksiya iştirakçıları bildiriblər ki, nə vaxt belə müraciətlə “AAAF Park” rəhbərliyinə müraciət etsələr, onları müxtəlif vədlərlə aldadır və geri göndərirlər.
Aksiyada həmçinin “AAAF Park”ın bəzi sakinləri də iştirak ediblər və bildiriblər ki, neçə illərdir qaz sayğaclarının ödənişini etsələr də, hələ onların mənzilində sayğaclar quraşdırılmayıb.
Qeyd edək ki, yaşayış kompleksinin aksiya keçirilən hissəsinə polis əməkdaşları da cəlb olunub.
Məsələ ilə bağlı “AAAF Park”dan Yeniavaz.com-a bildirildi ki, şirkətin maliyyə problemləri olduğu üçün inşaat prosesi ləng gedir: “Amma biz buna rəğmən tikintini davam etdiririk. Əsasən 3 küçədə tikinti işləri qalıb – 19, 28 və 29. Biz hazır bina satmırıq. İnsanlardan pulu alırıq, onların pulu ilə bu binanı tikirik. Pandemiyaya görə də onlar ödənişlərini edə bilmirlər”.
Şirkətdən bildirilib ki, ödədikləri vəsaitləri geri almaq istəyən sakinlərin belə bir haqqı var:
“Müqavilədə də qeyd olunub ki, əgər kimsə öz evini geri qaytarırsa, o ev qoyulur satışa, satıldıqdan sonra kiçik bir cərimə ödənilir və sakinin pulu qaytarılır. Amma ev satılandan sonra”.
Qeyd edək ki, sakinlərin pulunu ödədikləri mənzillər hələ tikilməyib.

Şərhlər

XƏBƏR LENTİ