SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Biləsuvarda sosial yardım düzəldən həkim necə şantaj edilib? — ŞOK FAKTLAR

Biləsuvarda sosial yardım düzəldən həkim necə şantaj edilib? — ŞOK FAKTLAR

Tarix:

5-02-2021, 12:19

/ 627 dəfə oxundu.
Biləsuvarda sosial yardım düzəldən həkim necə şantaj edilib? — ŞOK FAKTLAR

Biləsuvar rayonunda həkimi şantaj etməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1980-ci il təvəllüdlü Raqib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Raqib Həsənov dayısı oğlu Abbas Abbasovun 2019-cu ilin dekabr ayının sonunda, bacısı qızı Lalə Əhmədovanın xəstəliyə görə sosial müavinət almasını təmin etmək məqsədi ilə təkrar tibbi komissiyadan qeydiyyatdan keçirməsi üçün Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayonu 5 saylı qəsəbə, 352 nömrəli evdə yaşayan, “Cəbrayıl rayon Mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsdə pediatr həkimi işləyən Eldar Məmmədova 530 manat pul verməsindən xəbər tutub.

Həkim niyə şantaj edilib?

Raqib Həsənov 11 may 2020-ci il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu 5 saylı qəsəbə ərazisində, asfalt yolun kənarında Abbas Abbasovla görüşüb. O, söhbət etdikdən sonra Abbas Abbasov onun təklifi ilə istifadəsində olan mobil telefon vasitəsilə Eldar Məmmədovun istifadəsində olan mobil telefonuna zəng edib, bu barədə sonuncu ilə söhbət edib.

Daha sonra Raqib Həsənov mobil telefonu Abbas Abbasovun əlindən alıb və Eldar Məmmədovla həmin mövzuda söhbət apararaq telefon danışığını özünə məxsus “FLY” markalı mobil telefon vasitəsilə videoqeydiyyata alıb.

Video səs yazısı ilə şantaj

Raqib Həsənov 12 may 2020-ci il tarixdə saat 11 radələrində Eldar Məmmədovla sonuncunun Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində yerləşən “Cəbrayıl rayonu Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsdə olan xidməti otağında görüşərək həmin video görüntünü hüquq-mühafizə orqanlarına verəcəyi ilə hədə-qorxu gəlib. O, həkimə hədə-qorxu gəlməklə 1800 manat pulu tələb edib.

Eldar Məmmədov qeyd olunan rüsvayedici məlumatların yayılmasından, eləcə də hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxaraq Raqib Həsənova “Cəbrayıl rayon Mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin inzibati binasında yerləşən xidməti otağında 1300 manat, daha sonra isə həmin gün, yəni 12 may 2020-ci il tarixdə saat 12 radələrində həmin xəstəxananın baş direktoru Hüseyn Əhmədovun xəstəxanada yerləşən xidməti otağında 500 manat alıb.

İstintaq orqanı tərəfindən Raqib Həsənovun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“Axşam evimə gələcəyini bildirdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Eldar Məmmədov bildirib ki, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu 5 saylı qəsəbə ev 352-də yaşayır: “Saleh Əliyevi qəsəbə sakini kimi tanımışam, onunla hər hansı düşmənçiliyim və ədavətim yoxdur. Raqib Həsənovu da əvvəllərdən tanıyıram, onunlada düşmənçiliyim və ədavətim yoxdur. Yanvarın 3-də, saat 11 radələrində Saleh Əliyevlə Cəbrayıl rayon mərkəzi xəstəxanasında olan iş otağımda görüşdüm. Görüş zamanı oğlu Kənan Əliyevin və baldızı Təranə Abbasovanın qızı Lalə Əhmədovanın xəstəliyə görə sosial müavinət alması üçün təkrar müayinə edilməli olduğunu və Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qeydiyyatdan keçməli olduğunu bildirdi. Təkrar qeydiyyat və müayinə üçün müəyyən məbləğdə pul ödənildiyi təqdirdə təkrar müayinədən keçirilərək ödənişi bərpa edə biləcəyimi dedim. Saleh Əliyev mənimlə razılaşdı və axşam evimə gələcəyini bildirdi”.

“Sosial müavinətini bərpa edəcəyimi bildirdim”

Zərərçəkmişin sözlərinə görə, həmin gün saat 19 radələrində Saleh Əliyev Biləsuvar rayonu 5 saylı qəsəbədə, ev 352-də olan evinə gəlib: “Yaşadığım evin qonaq otağında xəstəxanada qeyd etdiyi hər iki iş üçün nə qədər pul verəcəyini soruşdu. Hər bir təkrar müayinə üçün 530 manat olmaqla ümumilikdə 1060 manat ödəməli olduğunu, həmin məbləği isə yanvar ayının 9-u, ən geci 15-nə kimi ödəməli olduğunu dedim. O da yanvarın 9-u 1060 manat pulu gətirəcəyini bildirirək evi tərk etdi. 9 yanvar 2020-ci ildə, saat 19 radələrində Saleh Əliyev yaşadığım evə gəldi, mənə ümumilikdə 400 manat pulu təqdim etdi, qalan 130 manat pulu isə yanvar ayının sonlarında verəcəyini bildirdi. Onun təklifinə etiraz etməyərək pulu aldım, yanvar ayının sonuna Kənan Əliyevin təkrar müayinədən keçməsi məsələsini həll edəcəyini və sosial müavinətini bərpa edəcəyimi bildirdim”.

“Təqdim etdiyi məbləğ 530 manat olub”

Eldar Məmmədov qeyd edib ki, həmçinin Lalə Əhmədovanın təkrar müayinə pulunu Abbas Abbasov 17 yanvar 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin qonaq otağında ona təqdim edib: “Həmin vaxt evdə ikimizdən başqa hər hansı bir şəxs olmayıb. Abbas Abbasovun təqdim etdiyi məbləğ 530 manat olub. Təxminən yanvar ayının sonlarında Saleh Əliyev istifadəsində olan mobil telefona zəng edərək uşaqların sosial müavinətinin nə zaman bərpa ediləcəyini soruşdu. Sosial müavinət ödənişinin fevral ayında bərpa ediləcəyimi bildirdim. Fevralın 2-də, saat 19 radələrində Saleh Əliyev yenidən yaşadığım evə gələrək evin qonaq otağında mənə Kənan Əliyevin təkrar müayinəsi üçün qalan 130 manat pulu təqdim etdi. Sosial müavinətin fevral ayında bərpa olunacağını ona təkrarən bildirdim”.

“Pandemiya ilə əlaqədar söhbətim olmayıb”

Həkimin ifadəsinə görə, təxminən fevral ayının sonlarında Saleh Əliyev istifadə etdiyi mobil telefona zəng edib, sosial müavinətin ödənilməsinin bərpa edilib-edilmədiyini soruşub: “Kənan Əliyevin təkrar sosail müavinət almasına imtina gəldiyini, digəri ilə əlaqədar məlumatların sistemə vurulduğunu və hər hansı bir cavab verilmədiyini, lakin qısa müddətə problemləri həll edəcəyimi bildirdim. Bundan sonra koronovirus pandemiyası ilə əlaqədar mart-aprel ayları ərzində onunla bu barədə söhbətim olmayıb”.

“Mənə sabaha qədər vaxt verdi”

Eldar Məmmədovun ifadəsinə görə, 11 may 2020-ci il tarixdə Abbas Abbasov istifadəsindəki mobil telefonla ona zəng edərək bacısı qızı Lalənin müavinətinin bərpa edilməsi məsələsi ilə bağlı söhbət etdiyi zaman, onun qohumu və 5 saylı qəsəbə sakini Raqib Həsənov telefonu onun əlindən alıb onunla danışmağa başlayıb: “Raqib Həsənov telefonda mənə hədə-qorxu gələrək bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyini, nə üçün onun qohumlarından pul aldığını dəfələrlə mənə irad tutdu, pulu qaytarmalı olduğumu bildirdi. Həmin gün Saleh Əliyevin qohumu Raqib Həsənov yaşadığım evə gəldi. Həmin vaxt evdə məndən başqa oğlum Şirvan Babalarzadə də olub. Raqib Həsənov qışqıraraq nə üçün Lalənin sosial müavinət alması üçün təkrar müayinəsi ilə əlaqədar qohumu Abbas Abbasovdan pul aldığımı, xərclədiyimi soruşdu. Mən isə pulu xərcləmədiyimi və Abbas Abbasovdan aldığı pulu ona geri qaytara biləcəyimi dedim. r. Raqib də həmin pulun faizi ilə ödənilməli olduğunu bildirirərək sabaha qədər vaxt verdiyini dedi, sonra getdi”.

“Qalan pulu gətirməyimi tələb etdi”

Eldar Məmmədov bildirib ki, mayın 12-də, saat 11 radələrində Raqib Həsənov işlədiyi xəstəxanada olan xidməti otağına daxil olaraq əlindəki telefonu stolun üzərinə qoyaraq telefonda səs yazısının olduğunu və həmin səs yazısını hüquq-mühafizə orqanlarına təqdim edərək ondan şikayət edəcəyini bildirib: “Raqib Həsənovu sakit olmağa dəvət etdim. Lakin o yenidən məni təhdid edərək 1850 manat ödənilməli olduğunu bildirdi. Raqib Həsənov iş otağımda məndən hədə qorxu yolu ilə 1300 manat pul aldı. Həmin günü saat 12 radələrində Raqib Həsənov zəng edərək məni xəstəxanda gözlədiyini və qalan 500 manat pulu gətirməyimi tələb etdi. Ona 1 saylı qəsəbədə peyvənd etdiyimi, bir qədər gözləməsini xahiş etdi”.

“Pulu baş həkimin yanında sayaraq verdim”

Eldar Məmmədovun sözlərinə görə, xəstəxanaya qayıdaraq baş həkim Hüseyn Əhmədovun iş otağına gedib, bir qədər sonra Raqib Həsənov da oraya gəlib: “Raqib Həsənov orada məndən 500 manat pulu hədə-qorxu gələrək tələb etdi. Mən maddi imkanımın zəif olmasını bildirsən də, Raqib Həsənov səs yazısının olduğunu, pulu bu dəqiqə verməyəcəyim təqdirdə rayon prokurorluğuna şikayət edəcəyini dedi. Raqib Həsənovun bu hədələrinin qarşısında heç bir söz deyə bilmədiyim üçün məcbur qalaraq Hüseyin həkimin iş otağında Arif həkimin yanında 500 manat pulu sayaraq Raqib Həsənova verdim. Dərhal Abbas Abbasova, daha sonra isə Saleh Əliyevə zəng edərək Raqib Həsənovun mənə hədə-qorxu gələrək 1800 manat pulu aldığını bildirdim”.

Cəbrayıl rayon Məhkəməsinin hökmü ilə Raqib Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Raqib Həsənov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Raqib Həsənovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Raqib Həsənovun şikayəti təmin edilməyib.

Şərhlər

XƏBƏR LENTİ