"Biləsuvar feodal qaydalarla idarə olunur" - GİLEY
"Biləsuvarda internetin adı var, özü yoxdur. Az qala insanlar göyərçinlər vasitəsi ilə xəbərləşir. Bu vəziyyət rayonda adi hal alıb, insanlar texnologiyadan əlini üzüb".
Bunu ictimai fəal, rayon sakini Nihad Cəbrayıl "Arqument.az"a yazıb.
O bildirib ki, rayon feodal qaydalarla idarə edilir: "Biləsuvarda 21-ci əsr - 2021-ci il, yüz il sonra gələcək. Bu o deməkdir ki, internet üçün yüz gözləməli olacağıq. Düşünə bilirsiniz, vətəndaşların şikayətləri ilə bağlı heç bir aidiyyatı qurum vətəndaşları dinləmir, saymır, adam yerinə qoymur. Yəni bir rayon düşünün ki, Tanrı da unudub oranı".
O, yazısında yerli məmurların da fəaliyyətinə toxunub və onların yarıtmaz fəaliyyətinə ironiya ilə yanaşıb. Həmin şəxslərdən biri də Biləsuvar Rayon Telekommunikasiya Qovşağı İdarəsinin rəisi Xalid Rüstəmovdur.
Nihad Cəbrayıl yazır ki, internet problemi rayonun mərkəzi küçələrindən olan "Azadlıq", "Baba Xammədov", "Heydər Əliyev" küçələrində və ümumi rayon ərazisindədir.
Biləsuvar Rayon İcra Hakimiyyəti, Telekommunikasiya Qovşağı şikayətə münasibət bildirməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?