Şahdağ Turizm Mərkəzində qalmaqal - Vətəndaşlar içəri buraxılmır
Şahdağ Turizm Mərkəzində qalmaqal yaşanır.
Dominant.az xəbər verir ki, bu gün Şahdağ Turizm Mərkəzinə istirahətə gələn şəxslər turizm mərkəzinə buraxılmayıb.
Orada olan vətəndaşların bildirdiyinə görə, onlardan içəri keçə bilmələri üçün hoteldə otaq götürmələri tələb olunur: “Mərkəzin girişində post qurulub, heç kim içəri buraxılmır. Ancaq hoteldə əvvəlcədən yer götürən şəxslər içəri buraxılır. Postda oturmuş mühafizəçilərin dediyinə görə, bu barədə onlara nazirlikdən tapşırıq verilib, ancaq hansı nazirlik olduğu açıqlanmır. Otelin əməkdaşları da gəlib bildirdilər ki, əgər içəri daxil olmaq istəyiriksə, onlayn şəkildə hoteldən otaq götürməliyik. Hoteldə ən ucuz otağın qiyməti 100 manatdır. İndi belə anlaşılır ki, biz təkcə içəri keçə bilmək üçün 100 manat ödəməliyik. İndiyə qədər belə halla qarşılaşmamışdıq, belə tələb olduğundan xəbərsiz idik. Əgər şərtləri dəyişdirmişdilərsə, vətəndaşlara bu barədə əvvəlcədən məlumat verilməliydi. Nə qədər yol qət etmişik bura gələnə qədər”.
Mərkəzə buraxılmayan insanların arasında müharibə əlliləri və şəhid ailələri də var. Mərkəzə buraxılmayan şəxslər otel rəhbərliyinə yox, dövlətə, hakimiyyətə qarşı etiraz edirlər.
Yaranmış xoşagəlməz vəziyyətlə bağlı rəsmi məlumat almaq üçün Şahdağ Turizm Mərkəzinin aidiyyəti şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Təssüflər olsun ki, yığdığımız nömrələrin heç biri cavab vermədi.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək