Bakının məşhur internat məktəbi ilə bağlı inanılmaz məqamlar: Kanalizasiya sistemi yoxdur
Bakının Türkan qəsəbəsində yerləşən E. Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin nə su təminatı, nə də kanalizasiya sistemi var.
Reportyor.info xəbər verir ki, internat məktəbinin bu gün bağladığı iki satınalma müqaviləsi bunu göstərir.
Belə ki, məktəb çirkab sularının daşınması və içməli və texniki su üzrə 2 katirovka sorğusuna yekun vurub. Müvafiq olaraq məbləği 4999 manat 88 qəpik və 25 min manat olan hər iki müqavilə “Epsilon Servis” MMC ilə bağlanıb.
Müqavilələrin detalları açıqlanmadığından məktəblə əlaqə saxladıq. Məktəbdən Qaynarinfo-ya bildirildi ki, internat məktəbinin kanalizasiya sistemi olmadığı üçün çirkab sularının daşınmasına ehtiyac var. Hmçinin qeyd olundu ki, çirkab suların daşınması ilə bağlı bağlanmış 5 min manatlıq müqavilə maliyyə ilini, yəni bir ili əhatə edir…

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək