"Az-Granata”da BÖHRANLI GÜNLƏR... - Kütləvi ixtisarlar gözlənilir...
Şadlıq evlərinin, restoranların bağlı olması, eləcə də əhali arasında istehlak qabiliyyətinin aşağı düşməsi “Az-Granata” MMC-nin məhsullarının anbarlarda yığılıb qalmasına səbəb olub.
Şirkətin məhsullarının alıcılıq qabiliyyətinin hədsiz aşağı düşməsinin bir səbəbi pandemiya ilə bağlıdırsa, digər səbəbi də müəssisənin məhsullarının qiymət baxımından yerli rəqabətdə uduzmasıdır.
Məlumatlı mənbənin verdiyi məlumata görə, hələ ötən il rəhbərlik zavodda ixtisarlar həyata keçirmək istəyirmiş.
İxtisarlar və işçi dəyişiklikləri müəssisənin satış şöbələrində həyata keçirilsə də, istehsal müəssisəsində bu, baş verməyib. Əvəzində işçilərə pulsuz verilən yemək payları kəsilib. Amma yemək payından əldə olunan qənaət də “Az-Granata”nı iflasdan qurtara bilməyib.
Cənubi Qafqazda ən böyük spirtli içki və şirə emalı zavodu kütləvi ixtisarlara hazırlaşır. İxtisarlara bu gündən başlanacağı vurğulanır. Yüzlərlə işçinin ixtisar olunacağının səbəbi kimi müəssisənin məhsullarını sata bilməməsi göstərilir.
Ölkə Prezidenti İlham Əliyev cənablarının bütün müəssisə, zavod, şirkət rəhbərlərinə “Pandemiya dövründə işçiləri ixtisar etməyin” məzmunlu göstəriş və tapşırıqlarına baxmayaraq, artıq “Az-Granata” rəhbərliyi müəssisədə təxminən 50 faizədək ixtisaretmənin astanasındadır.
Şirkətin də mövqeyini dərc etməyə hazırıq. //pravda.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?