SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zığdakı modul tipli xəstəxana KORONAVİRUSA RƏVAC VERİR... - GİLEY

Zığdakı modul tipli xəstəxana KORONAVİRUSA RƏVAC VERİR... - GİLEY

Tarix:

19-12-2020, 10:25

/ 959 dəfə oxundu.
Zığdakı modul tipli xəstəxana KORONAVİRUSA RƏVAC VERİR... - GİLEY

"Şikayətim Zığdakı modul tipli xəstəxanadandır. Bildirim ki, orada 10 mindən yuxarı xəstə yatır. Ancaq bir qəbul qapısı var və bu qəbul qapısının da bir qəbuletmə pəncərəsi var". DİA.AZ bildirir ki, bu sözlər Bakı sakini Asim Əliyevin çikayətində yer alıb.

Daha sonra narazı vətəndaş yazır: "Belə də vecsizlik olar? Xəstəsinin yanına, ləvazimat, dərman, geyim gətirənlər var. Hər gün nə qədər adam yolun ortasında, soyuqda gözləməlidir? Hələ bəxtin gətirərsə, 1 saata girərsən içəri... əks halıda saatlarla qapıda qalmalı olursan bu soyuq havada. Buraanın özü belə xəstəlik mənbəyidir. Di gəl bu soyuqda gözləyə-gözləyə xəstələnməyəsən, koronavirusa yoluxmayasan..."

Narazı vətəndaş bildirir ki,Ş bu səhiyyə müəssisəsində də hər şey tanışlıqladır: "Niyə burada xəstə ziyarətçilərinə şərait yaraıdlmır? Kimsə kiminsə tanışıdrsa, içəri birbaşa daxil olur və saatlarla digərinin növbəsini də məşğul edir. Nə vaxt bitəcək bu özbaşınalıq? Hara geddirsən əsəbiləşirsən... Nə qədər haqsızlıq, laqeydlik görər insan..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Şərhlər

XƏBƏR LENTİ