XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Baş həkimin oyunbazlığı... - GİLEY

Baş həkimin oyunbazlığı... - GİLEY

Baş həkimin oyunbazlığı... - GİLEY
11-12-2020, 13:05

"Suraxani rayon Bül-bülə qəsəbəsi 24 saylı poliklinikanın baş həkimi Bağirov Hacağa Muzəffər oğlu yoldaşıma əlillik üçün lazim olan "forma 88"-i vermək istəmir . Sənədləri də həkimdən alıb otağında girov saxlayir. Yəqin ki "forma 88" verməyə şirinlik umur, ancaq utandığından deyə bilmir. Pul umacaği olmasaydı, yoldaşımın xəstəlik tarixçəsini otağında girov saxlamazdı". DİA.AZ bildirir ki, bu sözləri Suraxanı sakini Naği Allahverdi Əli oğlu şikayətində qeyd edib.

Daha sonra narazı vətəndaş yazır: "Birdən elə bilərsiniz ki qorxur pul istəməyə... Xeyir. Əgər onun qorxusu olsaydı, bizim və digər xəstələrin başına oyun açmazdı. 67 yaşı olmağına baxmayaraq hələ də işləyir və qanunsuz əməlləri ilə insanları ölkə rəhbrliyindən narazı salır. Onu burdan Hövsan qəsəbəsindəki 23 saylı poliklinikaya gondərsələr də, insanlar onu qəbul etməyib kütləvi narazılıq etdilər və onu təkrar ordan qovdular.

Hövsandan qovulandan sonra onu göndərdilər bizim poliklinikaya. Bu vaxtadək ondan nə qədər şikayət olsa da, hələ ki yerindən tərpədən yoxdur. Cünki hansısa "sehirli əl" onun müdafiəsindədir. İşçilər və əhali arasında onun haqqında fikir mənfidir. Komissiya yaradıb onu təftiş etsələr, görərlər ki o hansı vəsaitlə tez-tez maşınlarını dəyişir. Bizim poliklinikaya gələndə piyada gəzirdi, indi isə tez-tez maşınlarını dəyişir..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.