Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını istədi
"AZGRANATA" MMC tərəfindən "Topçu” adlı yeni vodka məhsulunun istehsalı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Bəzi istifadəçilər müqəddəs amal uğrunda döyüşən hərbçinin fotosunun içki üzərində əks olunmasının yolverilməz olduğunu vurğulayıblar.
"AZGRANATA” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli açıqlamasında bütün prosedurların qanunauyğun şəkildə həyata keçirildiyini deyib:
"Şirkətimizin rəhbərliyi topçu əsgər Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə alıb.
Belə olduğu halda, bu məhsulun müəssisəmizdə istehsal edilməsinə, satışa göndərilməsinə heç bir problem və qanunauyğunsuzluq halı yoxdur.
"AZGRANATA” MMC olaraq fəaliyyətimiz dövründə hər zaman dövlətimizin ali qanunlarına əməl edərək, xalqımıza keyfiyyətli məhsullar təqdim etməyi özümüzə vacib borc bilmişik”.
Məsələ ilə bağlı topçu Vüsalın atası İslam Şahkərimov Modern.az-a şirkət tərəfindən onun razılığının alındığını təsdiqləyib.
Əsgərin atası deyib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb:
"Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim. Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?