SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Koronavirus xəstələriylə işləyən həkimlər şikayətçidir: Analizlərə də soyuq otaqda baxırıq

Koronavirus xəstələriylə işləyən həkimlər şikayətçidir: Analizlərə də soyuq otaqda baxırıq

Tarix:

23-11-2020, 18:46

/ 1 311 dəfə oxundu.
Koronavirus xəstələriylə işləyən həkimlər şikayətçidir: Analizlərə də soyuq otaqda baxırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Laboratoriya Şöbəsində bir həftədən çoxdur ki, istilik yoxdur.

Bunu Cebhe.info-ya Ağciyər Xəstəlikləri İnstitutunun laboratoriya şöbəsinin həkim-labarantı Aynur Əsədli deyib.

Onun sözlərinə görə, 12 gündür ki, laboratoriya işçiləri soyuq otaqda işləməli olur:

“Məsələ burasındadır ki, xəstəxana istilik sistemi ilə təchiz olunub. Yalnız bizim şöbədə istilik yoxdur. Noyabrın 11-dən şöbənin radiatorları işləmir. Bu barədə xəstəxananın Təsərrüfat şöbəsinin müdir müavini Asif müəllimə bildirdik. O isə problemin birbaşa direktor Həqiqət Qədirovaya çatdırılmasını istəmişdi. Həqiqət xanıma isə bizim şöbə rəhbəri məlumat verib və əmin edilib ki, bir həftəyə məsələ həllini tapacaq. Biz bazar günləri də işləyirik. Artıq həftənin bazar ertəsidir. İstiliyin nə vaxt veriləcəyi bilinmir. Heç bir tədbir görülmür. Bilmirik neyniyək? Deməyə də qorxuruq, çünki səsi çıxana, haqqını tələb edənlərə təzyiq edilir. Bu şöbədə tək mən deyil, hamı narazıdır”.

Həkimin dediyinə görə, laboratoriya şöbəsində çalışanların hər birinə evdən radiator gətirmələri bildirilib:

“Dedilər evdən gətirin, hər birimiz gətirmişik. Bilirsiniz ki, işığa çox yük düşəndə də normal işləmir. Bu da ayrı bir problemdir. Biz koronaviruslu xəstələrlə işləyirik. Sabah xəstələnsək, kim cavab verəcək? Belə olmaz! Analizin özü 25 dərəcəlik otaq temperaturunda inkubasiya olunmalıdır. Yaxşı 20 dərəcə olsun, o da yoxdur. 9-10 dərəcədə insan işləməz. Aramızda yaşlılar, körpəsi olanlar var. Hərəmiz bir evə gedirik. Yaxşı, bədənimizi bir təhər isitdik, bəs nəfəsimizi? Hamımızın səsi tutulub. Saat 9-dan 15:00-dək soyuq hava ilə nəfəs alırıq. Bilmirəm nə qədər gözləyəcəyik?”

Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı indiyədək mətbuatda müxtəlif səpkili şikayətlər yer alıb.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ