XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı - vərəm xəstələri köçürülür

Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı - vərəm xəstələri köçürülür

Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinə ayrıldı - vərəm xəstələri köçürülür
24-06-2020, 05:58

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib.

Xəstələrin “Sputnik Azərbaycan”a verdikləri məlumata görə, artıq xəstələr bu institutdan köçürülür. Bu məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova təsdiqləyib.

O, bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır:

“Xəstələrimiz də digər belə xəstələr üçün nəzərdə tutulmuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki. Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.