XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bu universitetin 3000 kv. metri DSMF-yə icarəyə verildi – 630 min manata

Bu universitetin 3000 kv. metri DSMF-yə icarəyə verildi – 630 min manata

Bu universitetin 3000 kv. metri DSMF-yə icarəyə verildi – 630 min manata
16-11-2020, 13:18

Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, DSMF-nin keçirdiyi tender müsabiqəsinin qalibi Bakı Avrasiya Universiteti olub.
DSMF Bakı Avrasiya Universitetindən ümumi sahəsi 3 000 kv. metr olan ofis sahəsi icarəyə götürəcək. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün nəzərdə tutulan ofis sahəsi üçün DSMF Bakı Avrasiya Universitetinə il ərzində 630 min manat ödəyəcək. Bu həm də o deməkdir ki, icarəyə götürülən ofis sahəsinin 1 kv. metrinin aylıq qiyməti 17,5 manat təşkil edir.
Məlumat üçün bildirək ki, Bakı Avrasiya Universiteti 21.05.2003-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 422 min manat olan Universitetin hüquqi ünvanı Nərimanov rayonu, Ak. Həsən Əliyev, ev 135A -da yerləşir. Universitetin qanuni təmsilçisi isə Hüseynli Nazim Ziyad oğludur.
Onu da bildirək ki, DSMF Bakı Avrasiya Universitetindən başqa fiziki şəxs Həsənov Qaze Həsən qızına məxsus ümumi sahəsi 9 200 kv. metr olan ofis sahəsini də icarəyə götürüb. DSMF Həsənov Qaze Həsən qızına məxsus ofis sahəsini “Əmək pensiyaları, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin təqaüd, kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılmasının və arxivləşdirilməsinin həyata keçirilməsi, yerləşdirilməsi” məqsədilə icarəyə götürüb. DSMF 9200 kv.metr sahəsi olan bu ofis üçün il ərzində 993 min 600 manat ödəycək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.