SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Gənclər şəhəri"ndə daha bir qocaman yeyinti... - İLGİNC

"Gənclər şəhəri"ndə daha bir qocaman yeyinti... - İLGİNC

Tarix:

5-11-2020, 18:29

/ 978 dəfə oxundu.
"Gənclər şəhəri"ndə daha bir qocaman yeyinti... - İLGİNC

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin yaşıllaşdırılması üçün elan etdiyi tenderin qalibi məlum olub.

Mubahise.az-ın əldə etdiyi məlumata görə, tenderi İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi verib.

296 min 180 manatlıq tenderi “Arsenal-M” MMC udub. Lakin bu şirkəti heç 10 milyon terabaytlıq bazası olan “Google” belə tanımır. Bu şirkətin fəaliyyəti haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin Vergilər Nazirliyinin saytından əldə edilən məlumata görə, bu şirkət Cəbrayəl rayon sakini olan Hüseynova Yusalə Sehran qızının adına qeydiyyatdan keçirilib. 20 manatlıq nizamnamə kapitalı olan “Arsenal-M” MMC-nin hüquqi ünvanı Biləsuvar rayonunda yerləşir.

Bu şirkət dövlət büdcəsindən 300 min manat xərcləyərək növbəti aylarda Sumqayıtda marqaritka, naqatki, primula, alyandra, leylandra, kalistamon, lakfiola, kalendula, xrizantema adlı güllər əkəcək.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.
"Gənclər şəhəri"ndə daha bir qocaman yeyinti... - İLGİNC


Şərhlər

XƏBƏR LENTİ