XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » «AZSIĞORTA» ASC-də əməkhaqqı qalmaqalı - Birinci vitse - prezidentə müraciət

«AZSIĞORTA» ASC-də əməkhaqqı qalmaqalı - Birinci vitse - prezidentə müraciət

«AZSIĞORTA» ASC-də əməkhaqqı qalmaqalı - Birinci vitse - prezidentə müraciət
8-09-2020, 13:41

Redaksiyamıza Bakı şəhər sakini Abdullayev Tahir Mehdi oğlunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində çalışdığı «AZSIĞORTA» ASC-də qarşılaşdığı haqsızlıqlardan və son üç il əməkhaqqının 50 %-nin mənimsənilməsindən bəhs edir. Mövzunun aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:


“Hörmətli Mehriban xanım"

Mən 05.10.2016-ci-07.10.2019-dək «AZSIĞORTA» ASC-nin hadisələr departamentində işləyirdim. 2017-ci ilin təxmini aprel ayında,mənə o vaxtkı Kadırlar departamentinin müdiri zənq edərək dedi ki, güya şirkətdə böhrandı, ərizə yaz ki, sənin maaşın 50 % aşağı salınsın. Mən ona cavab olaraq bildirdim ki, ərizəni yazmaq fikirində deyiləm. O, mənə ultimativ formada cavab verdi ki, yazmasan səni şərləyib işdən çıxaracağıq. Dedim ki, nə istəyirsiz edin. Bu dialoqdan sonra maaşımı aşağı saldılar və qanunsuz şəkildə işlədiblər. 2019-cu ilin oktyabr ayında mənə bildirilmişdilərr ki ,sənin müqavilən bitər, müqaviləni uzatmırıq. Mənə bu barədə çox gec xəbər veriblər. İşdən çıxarıldıqdan sonra bu işin məhkəmədə araşdırılması üçün mən vəkilə müraciət etmişəm. Əmək müfəttişliyinə müraciət edərək məni işdən çıxararkən, qanuna necə əməl olub olunmamasını araşdırsınlar. Bir neçə dəfə mən orada olduqdan sonra, axırıncı dəfə mənə müfəttiş dedi ki, şirkətdən flan sənədləri göndəriblər,sən orda yarım gün işləmisən, güya hər şey qanunidi. Mən ona bildirdim ki, bu cəmi 2 ay çəkib, şirkətin qapısının girəcəyində barmaq izləri aparatı var, səhər gələndə və axşam çıxanda qeydiyatdan keçirsən və axırda mənə öz mobil telefonunda guya mənim əlimnən yazılan hansısa ərizəni göstərib ,mən orda yazmışam ki , xahiş edirəm mənim maaşımı 50% aşağı salasınız.Mən o ərizəyə baxdıqdan sonra gördüm ki, ərizənin məzmunu kompyuter şrifti ilə yazılıb və mətnin içində, bir də ərizənin aşağı hissəsində imza olan yerdə yazılan ayın tarixi başqa adamın xətti ilə yazılıb. Mən ona bildirdim ki, belə ərizə yazmamışam. 2017-ci ilin may ayından mən 9:00-13:00 dək işləyirdim, may, iyun, iyul ayının təqribən 10-na qədər.Sonra isə mən məzuniyyətə çıxdım. Avqustun əvvəlində mən məzuniyyətdən qayıdıqdan sonra, mənə bildiriblər ki, sən bundan sonra 09:00-18:00-dək işləməlisən. Həmin ərizənin ayın tarixi 06.07.2017-ci il göstərilir, halbuki həmin vaxtda mənim onlarla bu barədə heç bir razılaşmam olmayıb. 2019-cu iln oktyabr ayından bu günə qədər, vəkil və mən şirkətə müraciət edərək ərizənin bizə təqdim edilməsini və ekspertizaya təqdim edərək onu yoxlanılmasını tələb etdik. Lakin müraciətlərə baxmayaraq onlar bu sənədin orijınalını göstərmək istəmədilər və 2020-ci ilin yanvar ayında vəkil tərəfindən onlara yenidən müraciət olunub. Bu dəfə onlar bildiriblər ki, biz ərizəni itirmişik, yəni ərizə şirkətdə yoxdur. Bu necə ola bilər ki, sənədlər beş və on ildən çox arxivdə saxlanılmalıdır. Onlar ya bu ərizəni gizlədirlər ya da məhv ediblər.

Birinci məhkəmə iclası martın 18-də keçirilib, və sonra pandemiya şəraiti ilə əlaqədar bir neçə dəfə təxirə salınıb. Məhkəmə iclası 3 dəfə avqust ayında olub. Axırıncı iclas 27.08.2020-ci il tarixində keçirilib.Şirkətin vəkili mənim yazdığım ərizəni təqdim edə bilməyib, yəni heç bir arqument gətirə bilmirlər. Şirkətin nümayəndəsi bildirib ki, güya şirkətdə yer dəyişməsi olub və bu sənəd itib. Olmayan ərizənin qara sürətini məhkəməyə təqdim edib. 2017-ci ildə mənim maaşımı 50 faiz,1400 AZN-dən-700 AZN-ə qədər aşağı salanda onlar belə əsaslandırdılar ki, guya şirkətdə böhrandı. Böhran yalnız mənim əmək haqqıma təsir etmişdir? Amma heç bir böhrandan söhbət getmirdi. Direktorlar şurasının sədri 16000 AZN, idarə heyətinin sədri 12000 AZN, idarə heyətinin müavinləri isə 6000-8000 AZN arası əmək haqqı alırdılar.Bu işçiyə pis münasibət bəsləmək deməkdir.Dedikləri kimi böhran şəraitidisə, ilk növbədə böhran əməkhaqqısı yüksək olan müdiriyyətə təsir etməliidi. Təxmini 2018-ci illdə şirkət 2 ədəd nəqliyyat vasitəsi alıb.Toyota camry- 68000-70000 min manat və Hyundai Grandeur 60000-70000 min manat arası qiyməti dəyişir.

Bu hadisələr onu göstərir ki, heç bir böhran yox idi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o vaxtki idarə heyətinin və indiki direktorlar şurasının sədrinin yarıtmaz fəaliyyətindən irəli gəlirdi. Necə ola bilərki, qəsdən bu ərizənin orijınalı itib. Buradan belə bir nəticə çıxartmaq olar ki, bu şirkətdə ilk hadisə deyil. 27.08.2020-ci il tarixində Yasamal rayon məhkəməsinin hakimi Orxan Məmmədli tərəfindən keçirilən axırıncı məhkəmə iclasında, çox təəssüf hissi ilə ədalətsiz qərar qəbul olunub. Necə ola bilərki ,qarşı tərəf məhkəmədə olmayan ərizənin qara sürətini təqdim edir, məhkəmə bunu qəbul edir və onların xeyrinə qərar çıxardır. Bu qərara qarşı mən öz etirazımı bildirirəm.

Xahiş edirəm ki, mənim haqqım olan kəsilmiş əməkhaqqımın ödənilməsinə köməklik edəsiniz.

"Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Yenixeber.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.