SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "AzGranata"da karantin qaydalarına məhəl qoyulmur, nə maska var, nə də sosial məsafə...

"AzGranata"da karantin qaydalarına məhəl qoyulmur, nə maska var, nə də sosial məsafə...

Tarix:

8-09-2020, 12:22

/ 1 043 dəfə oxundu.
"AzGranata"da karantin qaydalarına məhəl qoyulmur, nə maska var, nə də sosial məsafə...

Azərbaycanın məşhur şirkətlərdən biri olan "AzGranata"da karantin qaydaları kobud şəkildə pozulur.

Şirkətin işçiləri COVID-19 pandemiyasına görə müəyyən edilmiş sanitar-gigiyenik qaydalara məhəl qoymadan iş prosesinə davam edirlər.

Bu, “AzGranata” MMC-nin icraçı direktoru Vüqar Mikayılovun bir neçə gün öncə “Facebook” hesabından açdığı canlı yayımda öz əksini tapıb. Videodan aydın görünür ki, "AzGranata" məhsullarının hazırlandığı zavodda işçilər tibbi maskasız, ara məsafə saxlamadan çalışırlar. Zavodda onlarla işçi olmasına baxmayaraq, bircə nəfər olsa belə, tibbi maska geyinməyib.
Bununla yanaşı, virusun yayılma təhlükəsinin və karantin rejiminin hələ də davam etməsinə baxmayaraq şirkətin Ağsu rayonunda yerləşən zavodunda bu gündən etibarən “Açıq qapı günləri”nə start verilib.
Bu barədə də icraçı direktor Vüqar Mikayılov məlumat verib: “AÇIQ QAPI GÜNLƏRİMİZ BAŞLANDI: 8 sentyabrdan etibarən yolu Ağsudan düşən bütün “AzGranata” sevərləri zavodumuza ekskursiyaya dəvət edirik. Bu dəvət noyabr ayına qədər qüvvədədir. Buyurun, qonağımız olun”.
Xatırladaq ki, maskasız şəxs əgər xəstədirsə, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində, ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da, əlbəttə ki, xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər.
Beləliklə, "AzGranata"da İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddənin tələbləri pozulub.
dominant.az
"AzGranata"da karantin qaydalarına məhəl qoyulmur, nə maska var, nə də sosial məsafə...

Şərhlər

XƏBƏR LENTİ