Təhsil Nazirliyinin “sevimli” şirkəti - İcazə verin, şübhələnək...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin bu il iyun və avqust aylarında nəticəsini elan etdiyi 27 açıq tenderdən 10-nun qalibi “Sosial İnkişaf Layihə” MMC olub.
Bu, “Report”un apardığı araşdırma nəticəsində məlim olub.
Bununla da nazirliyin cəmi 10 manat nizamnamə kapitalına malik “sevimli” şirkətinə 1 407 460 manatlıq sifariş verilib.
Tender qaliblərinin siyahısında 2-ci yeri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Kommunal Layihələndirmə İnstitutut (“Azkommunallayihə”) tutub. Bu quruma ümumi dəyəri 547 870 manat olan 5 tender verilib.
Hesabat dövründə Dövlət Baş Layihə İnstitutu (“Azərdövlətlayihə”) isə 4 tender ala bilib. Onların ümimi dəyəri 412 690 manatdır.
Digər 8 tenderin qalibləri isə “Qala Express” (1 tender), “ALR İnvest” (1 tender), “Bimd” (2 tender), “Ay Konsaltinq LTD” (1 tender), “HH Architects” (2 tender) və “Feniks-AA” (1 tender) MMC-lər olub. Bu şirkətlərin satınalmalarının ümumi dəyəri 1 113 897 manat təşkil edib.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı