SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AAAF-ın aldanmış sakinləri Ölkə Başçısından kömək istədilər

AAAF-ın aldanmış sakinləri Ölkə Başçısından kömək istədilər

Tarix:

4-09-2020, 10:40

/ 736 dəfə oxundu.
AAAF-ın aldanmış sakinləri Ölkə Başçısından kömək istədilər

Bu gün AAAF PARK MMC -dən narazı sakinlər növbəti dəfə etiraz aksiyası kecirdiblər.

6 ildir ki, nə evinə, nədə ki, puluna sahib ola bilməyən sakinlərin növbəti etiraz aksıyası Abşeron RİH – nin qarşısında baş tutub. Abşeron RİH -nin başçısı İradə xanım Gülməmmədova sakinləri qəbul edib çox təmkinlə dinlədikdən sonra, AAAF -Park MMC – nin bir neçə nümayəndəsini sakinlərlə görüşə dəvət edib. AAAF -PARK MMC-nin nümayəndələri Zaur bəy və sözügedən şirkətin Hüquqşünası ( kimi özünü) təqdim edən şəxs sakinlərin suallarına cavab olaraq bildiriblər ki, 3 ay ərzində evlərin tikintisinə başlanacaq.

Aksyaçılardan bir neçəsinin,və eləcədə çəkliş aparan jurnalist Rəsmiyyə Aydınqızıının sualını cavabsız qoyan nümayəndələr, jurnalisti və sakinləri AAAF- Park-ın ofisinə dəvət etsələrdə lakin sakinlər RİH -dən bir başa Abşeron Rayon Məhkəməsinə üz tutdular.

Sakinlərdən bir neçəsi saytımıza verdikləri müsahibədə bildiriblər ki, 6 ildə bir neçə dəfə etiraz aksiyası keçirtsələrdə AAAF-PARK MMC-nin sədri Tofiq Heydərvla görüşə bilməyiblər. Şirkətin rəhbəri Tofiq bəy müxtəlif bəhanələrlə görüşdən yayınıb.

Aksiyaçılar Ölkə Başçısı Prezident İlham Əliyevə müraciət ünvanlayaraq : “Cənab Prezident Bizə kömək edin ,”Ümidimiz yalnız Sizədir” kimi şüarlar səsləndiriblər .

P.S

Məlumat üşün bilidirik ki, Rəsmixəbər .az saytı artıq 2014 -cü ildən fəaliyyət göstərir və bu müddət ərzində Dövlət və dövlətçilik prinsiplərinə sadiq olaraq heç bir qərəzli nə yazı nədə ki, material bizim tərəfimizdən işıqlandırılmayıb. Hər bir çəklişdə də öz saytımızın adından çıxış etmişik bizim saytımızın yetərincə oxucu və izləyiciləri var. Hər hansı məsələ ilə bağlı saytımıza müraciət edən hər bir vətəndaşın şikayəti araşdırılıb və qarşı tərəfində mövqeyini bildikdən sonra saytımızda işıqlandırılıb. Lakin bu gün aksıyanı çəkib qurtardıqdan sonra AAAF -Park-ın Fb səhifəsində ünvanımıza şər -böhtan kimi sözlər yazması bir daha sübut edir ki, AAAF Park -MMC -nin barəmizdə yazdığı xoşagəlməz sözlər bizim tərəfimizdən aparılan çəkilişin onların dələduz əməllərinin üzə çıxmasına narahat olmaqlarıdır.Onun üçün də barəmizdə müxtəlif ifadələr yazıb işimizə mane olmaqdır…

Ölkə başçısı Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb: “Qanun şahdır ,şah qanun deyil.”

Şərhlər

XƏBƏR LENTİ