XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Dilqəm Əsgərovun oğlu məmurlardan Prezidentə ŞİKAYƏT ETDİ - TƏFƏRRÜAT

Dilqəm Əsgərovun oğlu məmurlardan Prezidentə ŞİKAYƏT ETDİ - TƏFƏRRÜAT

Dilqəm Əsgərovun oğlu məmurlardan Prezidentə ŞİKAYƏT ETDİ - TƏFƏRRÜAT
2-09-2020, 11:10

Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ailəsinə qarşı edilən haqsızlıqla bağlı ölkə rəhbərliyinə müraciət edib.

Bu barədə Modern.az-a K.Əsgərovun vəkili Əziz Qənbərov məlumat verib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli məni dinləyən Azərbaycan xalqı! Mən Kürdoğlu Dilqəm oğlu Əsgərov Sizə müraciət edirəm. Öncə qeyd edim ki, atamın hazırkı vəziyyətindən çox narahatam. Çoxdandır ki, atamdan xəbər ala bilmirəm. Cənab Prezidentimiz, Mehriban xanım və xalqımız atamın tezliklə azad olunması üçün mən bilirəm ki, əllərindən gələni edirlər. Lakin erməni xisləti xalqımıza qarşı hər zaman düşmən mövqeyində olub.

Ancaq məni narahat edən məqam ondan ibarətdir ki, bizim ailəmizin və qohumların Azərbaycanda da hüquqları bəzi məmurlar tərəfindən ciddi şəkildə pozulmaqdadır. Belə ki, atam 2001-2002-ci illərdə ailəmizin dolanışığı üçün Şəmkir və Daşkəsən rayonları ərazisində Bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürmüşdü. İcarə müqaviləsi hazırda mənim əlimdədir. Şəmkir rayonu ərazisində tikilən Seyfəli dəryaçası adlanan su anbarı bizim istifadəmizdə olan bağ sahəsinin də ərazisinə düşdü. Həmin sahədə 70 ədəd qoz ağacı, 692 ədəd isə digər meyvə ağacları suyun altında qaldı. Mütəxəssislərin hesablamalarına görə bizə dəyən zərərin miqdarı 1549860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır. Lakin bu məbləğ dövlət büdcəsindən ayrılsa da, həmin vəsait bizə ödənilməyib.
Atam girov düşməzdən əvvəl bu məsələlər həll edilmə mərhələsində idi. Atama söz vermişdirlər ki, tezliklə sənin pulun ödəniləcək. Lakin atam girov düşəndən sonra başımız onun azad olunmasına qarışdı.
Atam özü də dəfələrlə mənə yazdığı məktubda torpaq məsələsinin nə yerdə olduğunu və bununla bağlı aidiyyəti qrumlara müraciət etməyimi tövsiyyə etmişdi. Lakin mən bu məsələni ictimailəşdirmək istəmirdim ki, düşmənimiz olan erməni bundan istifadə etməsin.
Dövlət başçımız, cənab İlham Əliyev son müşavirədə çıxış edərkən dövət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı “Meliorasiya və Su Təsərüffatı”na da ciddi iradlar bildirdi. Və cənab prezident hər zaman bu cür məsələlərin ictimailəşdirilməsini xalqdan tələb edib. Mən də ona görə bu müraciətlə cənab Prezidentə, 1-ci Vitse-prezidentimizə müraciət edirəm ki, erməni dəyirmanına su tökən məmurlar bizim haqqımızı yeyiblər. Xahiş edirəm ki, ciddi tədbir görərərək bizim ailəyə ayrılmış kompensasiyanı mənimsəmiş məmurlardan alaraq, bizim ailəmizə verilməsinə köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.