Təhsil naziri avtobus sürən direktoru cəzalandırdı - FOTO
Təhsil Nazirliyi sosial şəbəkədə məzuniyyət vaxtı avtobus sürücüsü işləməyi ilə bağlı yalan məlumat yayan məktəb direktoru barədə qərar verib.
Nazirlikdən bildirilib ki, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə, Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.
Qeyd edək ki, ötən gün Bakı Nəqliyyat Agentliyi də Elnur Rzayevlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir:
““BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o, bunu sadəcə paylaşım xatirinə edib: "BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlər cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir".

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı