XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI

"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI

"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
28-08-2020, 13:16

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") ciddi yoxlamalar aparılır.


“MediaPost”un əldə etdiyi məlumata görə, araşdırma bu ilin iyul ayında Ramin Bayramlının müvafiq əmri ilə vəzifəsindən azad olunan "Semaşko”nın sabiq direktoru Ədalət Dadaşovun rəhbəri olduğu dövr üçün aparılır.

İlkin araşdırma zamanı ciddi pozuntular da aşkar edilib.

Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kliniki Tibbi Mərkəzinin (Semoşka) keçmiş direktoru Dadaşov Ədalət İmamcan oğlu barəsində də araşdırma aparır və cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “MediaPost”a “Semaşko”da yoxlamaların keçirildiyini təsdiqləyib: “Semaşko”da Ekspert İşçi Qurupunun monitorinqləri keçirilir və uyğun işlər qiymətləndirilir. Digər səhiyyə müəssisələrimizdə də mütəmadi olaraq bu cür monitorinqlər davamlı olaraq aparılır. “Semaşko”da korrupsiya faktı ilə bağlı mən heç nə deyə bilməyəcəm. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edin”.
TƏBİB rəsmisi Ədalət Dadaşovun rəhbər olduğu dövrdə işində ciddi nöqsanların olduğunu da təsdiqləyib: “Təbii ki, rəhbərlik durduğu yerdə dəyişilmir. Demək ki, işində yol verdiyi nöqsanlara görə, bu qərar verilib”.
Qeyd edək ki, Səhiyyə Naziri Oktay Şirəliyevin əmri ilə 2016-cı ildə "Semaşko”ya direktor təyin edilmiş Ədalət Vəliyev KİV-də “xəstələri pulsuz müalicə edirik” fikri ilə gündəmə gəlmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.