SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Saxta həkimin gerçək qurbanları: Səhiyyə Nazirliyinin Laqeyidliyi

Saxta həkimin gerçək qurbanları: Səhiyyə Nazirliyinin Laqeyidliyi

Tarix:

24-08-2020, 11:01

/ 1 485 dəfə oxundu.
Saxta həkimin gerçək qurbanları: Səhiyyə Nazirliyinin Laqeyidliyi

Qanunsuz tibbi fəaliyyətinə Xətai Estetik Klinikasında başlayan Dr.Siruz Qocxani. (Sirus Qoçqani) daha sonra fəaliyyətini Zeferan Hospital-da davam etdirərək 2017-ci ildə model Leyla Oruclunun həyatına son qoydu. Hüquq müdafiəçilərinin, aidiyyatı qurumların səriştəsizliyi və biganəliyi səbəbindən o zaman saxta həkimin qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilmədi və ona günhasızlıq donu geyindirilərək fəaliyyətinə yaşıl işıq yandırıldı.

Baku Medical Plaza-ın Babək filialında ölüm saçan işinə davam edən Sirus Qoçqani 2019-ci ildə icra etdiyi uğursuz və qanunsuz liposaksiya əməliyyatı nəticəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-ginekoloqu Sona Veliyeva Gürgün-ün həyatına son qoydu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi saxta həkim haqqında yazılı sorğulara 5 ay müddətində cavab verməkdən yayındı və ya uyğunsuz cavab verdi.

Lakin, nəhayət bu ilin mart ayın 6-da sözügedən inzibati orqan Sirus Qoçqaninin ölkəmizdə sertifikasiyadan keçməyərək qanunsuz şəkildə praktik tibbi fəaliyyətlə məşğul olduğunu rəsmi şəkildə təsdiq etdi. Bu barədə ictimaiyyət tərəfimdən məlumatlandırıldı. Pandemiya ilə əlaqədar olaraq bir müddət hüquqi tədbirlərlə bağlı məcburi hərəkətsizlik yarandı. Bundan sui-istifadə edən klinika rəhbərliyi və Siruz Qoçxani may ayının 11-də 24 yaşlı Turanə Musazadəni əməliyyata alaraq onun da həyatına son qoymağa müvəffəq oldu.

Qeyd edim ki, hər üç ölüm hadiəsəsinə görə Siruz Qoçxani birmənalı olaraq məsuliyyət daşıyır. Çünki ölkə qanunvericiliyinə görə sertifikasiyadan keçməyən səhiyyə mütəxəssislərinin praktiki tibbi fəaliyyətlə məşğul olması qəti qadağandır.

Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi inzibati orqan olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 17 mart 2020-ci il tarixli 29-VIQD nömrəli qanununa və Azərbaycan Respublikası Prezidentinin 31.10.2014-cü il tarixli 322 nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq “insan həyatı və ya sağlamlığına birbaşa və mühüm təhlükə hesab olunan zərərin aradan qaldırılması” istiqamətində üzərinə düşən müvafiq inzibati tədbirlərin həyata keçirilməsi öhdəliyini yerinə yetirməmişdir.

Sözügedən orqan bu minvalla “Vətəndaşların müraciətləri haqqında qanun”nun 7-ci maddəsinin 13-cü bəndinin tələbini pozaraq ona ünvanlanmış müraciəti aidiyyatı üzrə baxılmaq üçün qanunazidd hərəkət və hərəkətsizliyindən şikayət edilən subyektə (Baku Medikal Plaza) göndərmişdir. ( 28.07.2020-ci il tarixli 2-59/Z-3426/4№-li məlumat xarakterli məktub)

Bəhs edilən qanunun müvafiq maddəsində də qeyd olunduğu kimi “vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının qanununda” 17 mart 2020-ci il tarixdə edilmiş dəyişikliklə “özəl tibb fəaliyyətinin subyektlərində yoxlamaların” aparılması bərpa edilmişdir. Belə olan təqdirdə isə 2 (iki) nəfər pasiyentin ölümünün qeydə alındığı “Baku Medikal Plaza”-da ( İnternational Medical Center-Bakı MMC) müvafiq yoxlama təşkil edilməli və ən önəmlisi həkim kimi işləməyə icazəsi olmayan Siruz Qoçxaninin insan həyatı və sağlamlığı üçün təhlükəli olan fəaliyyəti dayandırılmalı idi. Qeyd edim ki, Siruz Qoçxani qanunsuz fəaliyyətini hazırda “Baku Medikal Plaza”nın Mərkəz filialında davam etdirir.

Qeyd edilən inzibati hərəkətsizliyə və digər pozuntulara görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi barəsində Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir.

İctimai vəkil, səlahiyyətli nümayəndə Samir Zeynalov.

Şərhlər

XƏBƏR LENTİ