"HP Güven" klinikası tibb ocağıdır, yoxsa... - GİLEY
"Qızımın bədənində ağ ləkələr var idi, apardıq "HP Güven" klinikasında Uzman dermatoloq Mehdinin yanına, o da öz növbəsində qızımı müayinə edib İTO Hipomelanozi diaqnozu qoydu". DİA.AZ bildirir ki, bunu Bakı sakini Araz Əlizadə yazır...
Narazı vətəndaş daha sonra davam edir: " Və soyuqqanlılıqla dedi ki, bədəndəki ləkələr yayılacaq, üzünə qədər gedib çıxacaq, heç bir müalicəsi yoxdur dedi. O adama görə türkiyəyə hazırlıq gördük ki, gedək qızımı müalicə etsinlər. Sağolsun bir dostum Türkiyədə əlamətləri həkimə qiyabi başa salıb və İtohypomelanosi diaqnozu qoyulduğunu deyib. Həkim isə beyinin MRı olmadan necə bu diaqnozu qoyduğunu və tamamilə yanlış diaqnoz olduğunu bildirib. narahat olmağa heç bir əsas olmadığını və buna görə türkiyəyə gəlməməyi məsləhət gördü. Üstündən 1 ildən çox vaxt keçib və ləkələr yavaş yavaş çəkilib gedir.
Həmçinin bundan 2 il öncə də Mehdi həkimin yanına, saçlarımın dibindəki səpkilərə görə getmişdim. Mənə 1 dərman yazdı, neçə ay dalbadal atdım, xeyri olmadı.
Özlərinə təzə ad qoyublar "uzman"...
Dr Mehdi, özümü qoydum bir kənara, qızıma qoyduğunuz yanlış diaqnozu soyuqqanlılıqla üzümə deməyinizi və mənə və ailəmə yaşatdıqlarınızı sizə bağışlamıram".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... 


Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı