SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputat: “Kasıb əhali kasıblaşıb, varlılar daha da varlanıb”

Deputat: “Kasıb əhali kasıblaşıb, varlılar daha da varlanıb”

Tarix:

23-08-2020, 12:55

/ 1 209 dəfə oxundu.
Deputat: “Kasıb əhali kasıblaşıb, varlılar daha da varlanıb”

Dünya ABŞ-da prezidentliyə namizəd Co Baydenin vitse-prezident postuna qaradərili Kamala Harrisi irəli sürməsini müzakirə edir. Təhlilçilərin fikrincə, “Ağ Ev”də növbəti dəfə ağdərili olmayan siyasətçi yüksək vəzifə tuta bilər.

Deputat Razi Nurullayev bununla bağlı Musavat.com-a bildirib ki, Baydenin seçkilərdə qələbə şanslarını yüksək qiymətləndirir. Onun sözlərinə görə, ABŞ-dakı seçkilərə kifayət qədər zaman var və hər an situasiya dəyişə bilər.

“Amerika demokratik və şəffaf bir cəmiyyətdir. Ona görə rəqiblər seçkiyə bir gün qalmışa qədər bir-birinə qarşı kompromatlar açıqlayırlar, odur ki, birmənalı rəy vermək olmur.

Amma qaradərili Kamala Harrisin vitse-prezidentliyə namizədliyinin irəli sürülməsi, Baydenin bu seçimi afroamerikalı, asiyalı və hətta Latın Amerikasından olan seçicilərin ürəyinə su səpdi. Bu mənada Demokratlar Partiyasının şansını üstün sayıram”, – deyə Nurullayev qeyd edib.

Deputat hesab edir ki, Bayden dünyada nüfuzlu və hörmətli siyasətçidir, beynəlxalq aləmdən də ciddi dəstək alacağı gözlənilir:
“Üstəlik, koronavirusla bağlı vəziyyətin pisləşməsi Tramp hakimiyyəti üçün ciddi çağırışdır və onların xeyrinə işləmir.

Tramp həmişə bəyan edir ki, onun dövründə iş yerləri artıb, insanların maddi vəziyyəti möhkəmlənib.
Amma keçmiş prezident Obama çıxışında qeyd edir ki, Trampın zamanında kasıb əhali kasıblaşıb, varlılar daha da varlanıb. Ona görə sadə amerikalıların Demokratların yanında olacağı gözlənilir.
Ümumiyyətlə, Respublikaçıların fəlsəfəsində sahibkarlığın inkişafı dayandığı üçün Tramp biznes, pullu adamların namizədi kimi qəbul olunur.

Amma Demokratlar sosial-demokratiya elementlərini özündə saxlayan partiyadır, kasıbların, əzilmişlərin, şanslı olmayıb pul qazana bilməyənlərin yanında dayanır.

Eyni zamanda Amerikada pandemiya dövründə əhalinin sosial vəziyyətini və psixoloji əhvalını nəzərə alsaq, Demokratların seçkidə qələbə şansı daha yüksək görünür”.

Şərhlər

XƏBƏR LENTİ