SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil müəsisələrinin fəaliyyətinin qadağan edildiyindən istifadə edən fırıldaqçılar peyda olub - ŞİKAYƏT

Təhsil müəsisələrinin fəaliyyətinin qadağan edildiyindən istifadə edən fırıldaqçılar peyda olub - ŞİKAYƏT

Tarix:

22-08-2020, 10:02

/ 900 dəfə oxundu.
Təhsil müəsisələrinin fəaliyyətinin qadağan edildiyindən istifadə edən fırıldaqçılar peyda olub - ŞİKAYƏT

Sosial şəbəkə istifadəçisi Əli Nizami (Ali Nizami) bəzi kursların fırıldaqçılıqla məşğul olduğunu yazır.
Bəzi kursların belə işlərlə məşğul olduğu barədə səhifələrimizdə yazılar gedmişdi. Bu şikayətdə növbəti bir siqnal oldu. Əli Nizami yazır:

"Təhsil müəssisələri fəaliyyət göstərmir, amma bəzi kurslar insanların avamlığından istifadə edib özlərindən hoqqa çıxardırlar. Dərslərin ofisdə keçirilməsi haqqında post paylaşırlar, gedirsən müqavilə imzalayırsan, nə ofisdə dərs olur nə də pulunu geri qaytarırlar. Müqavilə imzalayırsan deyə məcburən dərslərə onlayn formada başlayırsan.

Bu yaxınlarda bir dostumun başına gəlib. Ona görə də bu cür reklamlara və kurslara inanmayın. Fırıldaqçılıqla məşğuldular. İnsanları aldadıb müxtəlif bəhanələrlə müqavilə imzalayırlar və ödənişi geri qaytarmırlar, dərslər isə yalnız onlayndır.

Şəkillərdən də gördüyünüz kimi polislə yaxınlaşacağam yazdıqdan sonra mövzu dəyişdi və postları sildilər."
Teref.az olaraq ümid edirik ki, oxucularımız təhsil fırıldaqçılarının toruna düşməyəcəklər
Qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az
Təhsil müəsisələrinin fəaliyyətinin qadağan edildiyindən istifadə edən fırıldaqçılar peyda olub - ŞİKAYƏT



Şərhlər

XƏBƏR LENTİ