Baş Prokurorluğun “Instagram” səhifəsində "prokurorluqla sual-cavab" sessiya keçirilib - VİDEO
Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində "prokurorluqla sual-cavab" adlı sessiya keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.
Sessiya zamanı 107 müraciət daxil olub. Müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.
Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb.
Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı