Bakıda 14 yaşlı qızın ərə verilməsinin QARŞISI ALINDI
Azərbaycanda rayonların birində yeniyetmə qızın məcburi ərə verilməsinin qarşısı alınıb.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz “Facebook” hesabı vasitəsilə məlumat verib.
O, dünən səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldığını bildirib:
“Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib”.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı