"SAZZ camaat qaz deyil ki, yolasan, normal xidmət göstər"
"SAZZ camaat qaz deyil ki, yolasan, normal xidmət göstər". Bu tənqidi fikirləri təhsil üzrə ekspert Kamran Əsədov Facebook səhifəsində yazıb. Ekspert bildirib ki, Sazz internet provayderinin əməkdaşları texniki problemin aradan qaldırılması ödənişsiz olduğu halda ondan 25 AZN pul alıblar: "7 ildir ki, SAZZ internet provayderindən istifadə edirəm. Son 7 gün ərzində SAZZ o direktorun lüğətində deyilən kimi, PAZZ olub əsəblərimizə. 7 il ərzində hər ay 25 manat ödəyirəm. Bu gün də son həftə ərzində olan texniki problemlərin aradan qaldırılması üçün servis xidmətinə müraciət etdim. Xidmət pulsuz olmalı halda 25 manat aldılar və dedilər ki, saat 5 ən geci 6 da hazır olacaq. İndiyə qədər gözlədim, hazır olmadı. Xidmət göstərənlərdə elə aparırlar özlərini, elə bil ki, oğlum galenvagenlə atalarının üstündən keçib, babası da onları ziyarətə gəlməyib deyə borcum var. Həddini aşan, yerini bilməyən şəxsi tutduğu mövqe və vəzifədən asılı olmayaraq birbaşa təhqir edirəm, heç bir humanistlik göstərmədən. Eyni ilə onları da. Son vaxtlar xidmət sektorunda ciddi şəkildə geriləmə müşahidə edirəm. Əgər işləyə bilmirsiz, gedin Türkiyəyə evlilik verlişinə, daha cammatı niyə dolayırsız".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək