“Sazz”-da nə baş verir? Terminallarda və elektron kartlarla ödəniş dayandırılıb
Aylardır ciddi problemlər içərisində olan “Sazz” İnternet Xidməti Provayderində vəziyyət bir qədər də dərinləşibiş. İlk günlər internet xidməti keyfiyyətində çətinliklər yaranırdısa artıq ödəmələrdə də ciddi problemlər var.
Bizimxeber.az-ın məlumatına görə, artıq terminallarda və elektron kartlara ödəniş etmək mümkün deyil. Şirkətdən bildirirlər ki, ödənişləri yalnız ofisə gələrək etmək mümkündür.
Daha bir müəmmalı vəziyyət isə ödəmə zamanı yaranır. Şirkətə edilən aylıq ödəniş zamanı müəmmalı ödəniş qəbzi verilir. Qəbzdə aylıq ödəniş əvəzinə “İndoor Modemin alınması üçün ödəniş” sözü yazılır. Bu ya vergidən yayınma, ya da şirkətin bank hesablarındakı müəmmalı vəziyyətlə bağlı ola bilər.
Bizimxeber.Az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur