XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » TƏQDİMAT: Baş Prokurorluğun saytı yeniləşmiş versiyada - VİDEO

TƏQDİMAT: Baş Prokurorluğun saytı yeniləşmiş versiyada - VİDEO

TƏQDİMAT: Baş Prokurorluğun saytı yeniləşmiş versiyada - VİDEO
19-08-2020, 15:16

Müasirləşən informasiya axarına qoşulmaq məqsədilə Baş Prokurorluğun müasir standartlara cavab verən veb-saytı ictimaiyyətin istifadəsinə verilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenidən qurulmuşdur.

Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilmiş təqdimat mərasimində Baş prokurorun müavinləri, o cümlədən Baş Prokurorluğun bir sıra idarə və şöbə rəisləri iştirak etmişlər.

Yeni resursun təqdimatını həyata keçirən Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov prokurorluq orqanlarında daim informasiya texnologiyaların yaradılması və tətbiqi istiqamətində tədbirlərin görüldüyünü vurğulamış, saytın təhlükəsizlik parametrlərinə və bu günün tələblərinə tam olaraq cavab verdiyini, daha rahat naviqasiya ilə seçilən yeni saytda prokurorluq orqanlarının fəaliyyəti haqqında ətraflı məlumatların təqdim olunduğunu diqqətə çatdırmışdır.

Təqdimat mərasimində çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə informasiya texnologiyalarının tətbiq səviyyəsinin dövlət idarəetməsinin şəffaflığının əsas göstəricilərindən biri olduğunu qeyd etmiş, saytda prokurorluq orqanlarının fəaliyyətindəki dəyişikliklər, yeniliklər, ictimaiyyət tərəfindən maraq göstərilən məsələlər üzrə, habelə rəhbərliyin xüsusi əhəmiyyət kəsb edən görüş və səfərləri barədə məlumatların daim yenilənəcəyi barədə məlumat vermişdir.

Hazırda Baş Prokurorluğun saytına www.genprosecutor.gov.az və www.prokurorluq.gov.az ünvanından daxil olmaq mümkündür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur.

#prosecutor #prokurorluq #azerbaijan #azerbaycan #yenisayt #progress #azgenprosecutor

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.