XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » FHN işçiləri şikayətlərə biganə yanaşır – Şikayət

FHN işçiləri şikayətlərə biganə yanaşır – Şikayət

FHN işçiləri şikayətlərə biganə yanaşır – Şikayət
19-08-2020, 12:43

Nuranə Hüseynova adlı istifadəçi Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

Sfera.az xanım istifadəçinin müraciətini oxucularına təqdim edir:

"Bilmirəm bu barədə bu qrupa yazmağım nə dərəcədə doğrudur, amma bölüşmək istədim. Yəqin ki, bir çox adamın başına gəlib evdə termometrin sınması. Dünən mətbəxtdə suyun temperaturunu ölçdüyüm termometr metlaxın üzərinə düşüb sındı.
Tez 112-yə zəng vurdum. Deyirəm, termometr sınıb, gəlib təmizləyə bilərsiniz, çünki mən belə eşitmişəm ki, gəlməlidir FHN işçiləri. Mənə deyir, siz onun hissələrini toplayıb bizə gətirməlisiniz. Dedim, bəlkə elə yerlərə düşüb mən görmürəm: şkafın altına, küncə-bucağa. Cavab verdi ki, yox, özünüz yığıb bizə gətirməlisiniz. Sonra soruşdu ki, nə üçün istifadə etmisiniz termometrdən, içi qırmızıdır? Dedim, hə. Dedi narahat olmayın, qırmızı olan spirtli mayedir, zərərsizdir. Gümüş rənglisi isə civədir. Civə olsa, bizə gətirməli olacaqdınız.
Nə isə, mən rahatladım. Amma dünəndən beynimdə suallar dolaşır. Görün nə qədər evdə termometr sınır. Milyonda bir adam zəng edər 112-yə. Onların da laqeydliyi, vətəndaşın məsuliyyətini azaldır. Bir sözlə, ya yığıb zibil qabına atır, ya da evdə gizlənən hissəciklərlə yaşayıb zəhərlənirlər. Zibil qabına atılan hissəciklər də Allah bilir haralara düşür.
Qısası,həm insan, həm ətraf mühit zəhərlənməyə məruz qalır. Yeri gəlmişkən, istifadə olunan batereyaların ətrafa nə qədər zərər verdiyini bilən bilir, bilməyənlər da araşdırsın. Biz nə edirik, zibil qabına atırıq, o zibilin hara boşaldıldığı isə məlum deyil. Həddindən artıq çox boşluqlar var. İnsan sağlamlığı çox ucuzdur bu ölkədə.”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.