SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda türkiyəli iş adamı məsuliyyətə cəlb olundu

Bakıda türkiyəli iş adamı məsuliyyətə cəlb olundu

Tarix:

19-08-2020, 11:41

/ 919 dəfə oxundu.
Bakıda türkiyəli iş adamı məsuliyyətə cəlb olundu

Azərbaycanda cinayət törətməkdə ittiham olunan Türkiyə vətəndaşı, iş adamı Ay Hasan Ahmetin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ay Hasan Ahmet “Mahal” MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 58 ünvanında yerləşən və podrat müqaviləsi üzrə tikinti işlərinin aparılmasına nəzarət edib.

O, “Easy Construction” MMC tərəfindən həyata keçirilən çoxmərtəbəli yaşayış binasında qeyd edilən kooperativin sədri Cavid Salayevin 8 aprel 2018-ci il tarixli, 004 №-li əmri əsasında baş usta vəzifəsində işləyərkən, zərərçəkmiş şəxs qəlibçi-fəhlə Azər Məmmədovun bilavasitə iş rəhbəri olub.
Ay Hasan Ahmet Azər Məmmədovun xəsarət aldığı, tikintinin inşası davam etdirilən 11-ci mərtəbəsində taxtabənd işlərinin aparılması zamanı həmin işlərin görülməsi üçün istifadə olunan lövhələri yükqaldırıcı kranın qarmağına onların dayanıqlığını, tarazlığını və yerdəyişməzliyini təmin etməli olan üsul ilə bağlamayıb.
Ay Hasan Ahmet “Easy Construction” MMC-nin sədri Cavid Salayev tərəfindən 8 aprel 2018-ci il tarixdə təsdiq edilmiş “tikinti sahəsi üzrə baş ustanın (briqadirin) vəzifə təlimatı”nın tələblərindən irəli gələn müvafiq tikinti norma və qaydalarında, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək, iş yerində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, maşın və avadanlıqların təhlükəsiz istismar qaydalarının yerinə yetirilməsini həyata keçirmək kimi öhdəliklərini vaxtında və keyfiyyətlə icra etməyib, öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, görə biləcəyi halda onları görməyib.
Bununla da Ay Hasan Ahmet cinayətkarcasına etinasızlıq nəticəsində təqsirli olaraq ehtiyatsızlıqdan törətdiyi əməlləri ilə Azər Məmmədovun 16 dekabr 2018-ci il tarixdə, saat 09 radələrində, tikintinin 11-ci mərtəbəsində taxtabənd işlərinin aparılması zamanı yıxılaraq xəsarət almasına səbəb olub.
İstintaq orqanı tərəfndən Ay Hasan Ahmetin barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Ay Hasan Ahmet 1 il müddətə sahə ustası vəzifəsini tutma hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Hökmdən narazı qalan Ay Hasan Ahmet apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Ay Hasan Ahmet kasasiya şikayəti verib.
Ali Məhkəmə onun kasasiya şikayətini də təmin etməyib.

Şərhlər

XƏBƏR LENTİ