XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » ƏƏSMN-nin bu xəstəxanasında nə baş verir? - "...tibbi yardıma müraciət edilməyib, tanış həkim çağırıblar"

ƏƏSMN-nin bu xəstəxanasında nə baş verir? - "...tibbi yardıma müraciət edilməyib, tanış həkim çağırıblar"

ƏƏSMN-nin bu xəstəxanasında nə baş verir? - "...tibbi yardıma müraciət edilməyib, tanış həkim çağırıblar"
19-08-2020, 10:23

“Xəzər rayonunun Buzovna qəsəbəsində yerləsən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin bir neçə əməkdaşı koronavirusa yoluxub. Eyni zamanda, müəssisədə bəzi pasiyentlərdə virus əlamətləri müşahidə olunub”.

DİA.AZ bildirir ki, bunu “Əl-Ələ Valideyn Cəmiyyəti” İctimai Birliyinin sədr muavini, Qarabağ əlili Əhməd Fazil oğlu Rəhmanov bildirib. Onun sözlərinə görə, virusa yoluxanlar və müalicə ilə bağlı məlumatlar gizlədilir.

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir. Müəssisədə kəskin və ya xroniki psixi xəstəliklər səbəbindən əlilliyi olan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlər göstərilir.

Ə.Rəhmanov bildirib ki, həmin müəssisənin pasiyentlərindən biri - daun sindromlu Anar adı gəncin məhz COVİD-19-dan öldüyü haqda məlumatlar var: “Mənə verilən məlumatda deyilir ki, Anarın hərarəti yüksək olub, təcili tibbi yardıma müraciət edilməyib, tanış həkim çağırıblar. Ancaq müəssisənin baş tibb bacısı Anarın hərarətinin yüksək olması ilə bağlı qeyd aparılmasını istəməyib. Anarın anası da həmin müəssisədə qalırdı. Mənə bildirdilər ki, virusa yoluxan əməkdaşlardan biri karantin müddətində işə gəlib. Halbuki hətta qapalı müəssisələrdə 15 gün işləyib evinə gedən işçilər yoxlanılmadan işə çıxa bilməzlər”.

Ə.Rəhmanov söyləyib ki, hadisədən bir aydan çox vaxt keçib. Lakin məlumatın araşdırılmasına nail ola biməyib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB), Nazirlər Kabineti yanında Operativ Qərargaha, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və həmin nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da daxil olmaqla müxtəlif şöbəsinə, hüquq-mühafizə orqanlarına, müəssisənin rəhbərliyinə müraciət edib.

“Səhiyyə Nazirliyindən dedilər ki, şikayət olmadan araşdırma apara bilməzlər. TƏBİB-dən isə bildirdilər ki, araşdırılması üçün rayon icra hakimiyyətinə məktub göndəriblər. İcra hakimiyyəti məktubun nömrəsin istədi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verən kimi həmin müəssisədən zəng gəldi, amma ölüm faktı olubsa, səbəbini açıqlamaları lazımdır”.

Birlik sədri əlavə edib ki, müəssisənin yerləşdiyi ərazidəki marketərdə çalışanlarla, yaxınlıqdakı evlərin sakinləri ilə danışıb. Nazirlik əməkdaşları ilə yazışmaları saxlayır: “Maraqlıdır ki, heç kim adının çəkilməsini istəmir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bu sahəyə nəzarət edən əməkdaşı Vüqar Beybutova zəng vurdum, məlumatın doğru olmadığını dedi. Həmin müəssisədə xəstələri müayinə edən həkim 7 saylı vərəm dispanserində işləyir. Deyirlər ki, yoluxanlara poliklinikalara məlumat verməmək tapşırılıb. Direktorun müavini xəstə ola-ola 3-4 dəfə müəssisədə olub. Mən bu suallara cavab tapmaq istəyirəm. Müəssisə rəhbərliyinə təklif etdim ki, mənim vəsaitim hesabına koronavirusa qarşı müəyyən testər, analizlər etdirək, amma razılaşmadılar. Yoluxduğu söyənilən işçilərin adlarını bilirəm, nə vaxt istəsələr birgə gedib analiz etdirə bilərik”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.