XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Rövşən Rzayev "xiyar sezonu"nunda əmək fəaliyyətinə başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası

Rövşən Rzayev "xiyar sezonu"nunda əmək fəaliyyətinə başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası

Rövşən Rzayev "xiyar sezonu"nunda əmək fəaliyyətinə başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
17-08-2020, 16:16

Adını unutduğum teatr tamaşalarının birinin qəhrəmanı Nuruşbala sovet dövrünün qaydalarına uyğun olaraq tamaşada deyir ki, mən Nuruşbala 6 yaşım olanda atamın əlindən tutub pambıq tarlasına gedirdim, 7 yaşımda əmək fəaliyyətinə başladım və s.
Əlbəttə, bu bir musiqili teatr tamaşasının komediya mövzusudur.
Adam inana bilmir ki, sovet dövründə gülə-gülə baxdığımız mövzu hazırda Azərbaycanda fəaliyyət göstərən mühüm dövlət qurumlarından birinin rəhbərinin tərcümeyi-halında öz əksini tapsın.
Bəli, söhbət Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri cənab Rövşən Rzayevdən gedir.
Komitənin rəsmi saytında Rövşən Rzayev barəsində yazılıb:

1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur
1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültəsini bitirmişdir.
Görəsən cənab nazir neçənci ildə BDU-ya daxil olub ki, 24 yaşında universitei bitirib ? Bunu yazmaq çoxmu çətindir ? Cənab nazir 2 ildə harada olub ?

Saytda yazılır:

Əmək fəaliyyətinə gənc yaşlarından başlamışdır.

Necə yəni gənc yaşlarında ?
Bəlkə xiyar sezonunda, ya da böyürtkan yetişəndə işə başlayıb..

Bu komitə sədrinin rəsmi avtobioqrafiyasıdır. Bu adam əmək fəaliyyətinə neçənci ildən başlayıb ?

Saytda yazılır :

1982-ci ildən Azərbaycan Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır.

Necə yəni müxtəlif vəzifələrdə..?
Bu adamın əmək kitabçasında nə yazılıb ?
Söhbət ölkənin Ədliyyə Nazirliyi sistemindən gedir ee

Və ən əsası Nuruşbalanın sözü olmasın...
19 yaşlı, heç bir ali və orta ixtisas təhsili olmayan Rövşən Rzayev Ədliyyə Nazirliyində hansı vəzifədə işləyib ?
Özü də Allah qoymasa müxtəlif vəzifələrdə...

Saytda yazılır:

Komitə sədri heç bir partiyanın üzvü deyil, BİTƏRƏF-dir.

Necə yəni bitərəfdir ?
Bir sözlə, cənab komitə sədrinin tərcümeyi-halı əməlli-başlı komediya mövzusudur.
Saytda yazılır:

2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Parlamentinin deputatı olduğu dövrdə qanunyaradıcılıq prosesində fəal iştirak etmişdir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və s. qanun layihələrinin hazırlanması üzrə işçi qrupunun üzvü, “Yuvenal Ədliyyə haqqında”, “Azərbaycan Respublikasının işğal olunmuş əraziləri haqqında” və s. qanun layihəsinin təşəbbüskarı olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlanması üzərində işləmişdir.
Avropa Şurasının Parlament Assambleyasının üzvü kimi həmin qurumun “Miqrasiya, qaçqınlar və əhali üzrə” və “Sosial məsələlər” üzrə komitələrində çalışmışdır.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir.

Araşdırmamız davam edir. Bizi izləyin.

gundelik-baku.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.