SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məcburi köçkün məktəblərində ciddi problemlər var- Regional Təhsil İdarələri hara baxır ?

Məcburi köçkün məktəblərində ciddi problemlər var- Regional Təhsil İdarələri hara baxır ?

Tarix:

17-08-2020, 16:13

/ 861 dəfə oxundu.
Məcburi köçkün məktəblərində ciddi problemlər var- Regional Təhsil İdarələri hara baxır ?

30 ilidr ki, məcburi köçkün problemi təhsilimizdə də ciddi problemlərə səbəb olub. Təsəvvür edirsiniz yersiz-yurdsuz qalan yüzlərlə məktəb, minlərlə müəllim, on minlərlə şagird ordusu, tələbə adını qazanan minlərlə məcburi köçkün övladı yeni müstəqilliyini qazanan dövlətin çiyinlərində ağır yükdür. Təsəvvür edirsiniz Avropanın qosqoca, yüz milyardlarla büdcəsi olan dövlətləri on min civarında qaçqını yerləşdirmək üçün beynəlxalq təşkialtlardan yardım umurlar, bunu ciddi problem hesab edirlər. Bəs yeni yaranmış Azərbaycan dövləti sayı milyondan çox olan qaçqın və məcburi köçkün orusunun qarşısında necə dayanır ? Dövlətimiz mümkün olduğu qədər məcburi köçkünlərin maddi, mənzil, təhsil və digər problemlərini həll etməyə çalışır. Bu məsələdə təhsil çox önəmli rol oynayır. Demək olar ki, məcburi köçkün rayonlarından olan bütün müəllimlər işlə təmin olunub, vaxtında əmək haqlarını alırlar. Eyni zamanda imkan daxilində məcburi köçkün məktəbləri bina ilə təmin olunub, şərait yaradılıb, məktəblər hər cürə ləvazimatla təchiz edilib. Yəni dövlətimiz üzərinə düşən bütün imkanları həyata keçirib. Bəs onda niyə məcburi köçkün məktəblərində vəziyyət arzu edilən deyil ? Məlumadur ki, son illər şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün ciddi monitorinqlər keçirilir. Eyni zamanda şagirdlərin bilik səviyyəsi sınaq və qəbul imtahanlarında ortaya çıxır. Təəssüf ki, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin bilik səviyyəsi digər məktəblərlə müqayisədə çox aşağıdır. Kimlərsə deyə bilər ki, filan məcburi köçkün 600-dən çox bal toplayıb. Söhbət 1-2 fərddən deyil, təhsilin ümumi səviyyəsindən gedir. Əlimizdə olan rəsmi statistika onu göstərir ki, məcburi köçkün məktəblərində tədrisin səviyyəsi nəinki ürəkaçan deyil,hətta dözülməzdir. Görəsən, bu məsləyə cavabdeh olan məcburi köçkün məktəblərinin direktorları, Regional Təhsil şöbələri bu barədə nə düşünür ? Axı, dövlət sizlərə çətin dövrdə yüksək əmək haqqı verir, məktəbləri təchiz edir ki, sağlam, təhsilli gənclər yetişdirəsiniz. Bəs məcburi köçkün məktəbləri nə ilə məşğul olur ? Yeri gəlmişkən, təhsil sistemində aparılan monitorinqlər məcburi köçkün məktəblərində çalışan müəllimlərin bilik səviyyəsinin ölkə üzrə orta səviyyədən aşağı olduğunu göstərir. Yəni bu sahədə ciddi problemlər var. Görəsən dövlətin məcburi köçkün məktəblərinə ayırdığı külli miqdarda vəsait hara xərclənir ? Heç kimə sirr deyil ki, bir çox məcburi köçkün məktəbləri neçə illərdir repetitor yanına gedən şagirdlər üçün “sığınacaq” yeridir. Yəni valideyn məktəb direktoruna hər ay pul verir ki, uşaq dərsə gəlməsin, repetitor yanına getsin və uşağın adı məktəbdə şagir kimi getsin. Bir sözlə əməlli-başlı maxinasiya, cinayət və daha nələr... Yeri gəlmişkən, təhsil sistemindəki rüsvayçı vəziyyətlə bağlı ciddi düşünməyin vaxtı çoxdan çatıb. Müəllimin öz şagirdinə təcavüz etməsi, məktəb direktorunun müəllimlərin adına külli miqdarda kredit götürməsi, müəllimin qızıl alveri ilə məşğul olması, şagirdin özünü məktəbdə intihar etməsi, məktəb tualetində kamera və digər rüsvayçı hallar barədə yeni təhsil nazirinin düşünməsinə ciddi ehtiyac var. Biz bu məsələni gündəmdə saxlayacağıq. Bizi izləyin.

gundelik-baku.com

Şərhlər

XƏBƏR LENTİ